Hücr ibn Ədi kimdir? (II hissə)

Hücr ibn Ədi kimdir?

Əvvəli burada

Dəməşqə doğru


Alnında şəhadət çılçırağı parlayan, qəlbində Allahla görüş şövqü alovlanan dəstə məmurların nəzarəti altında, əl-ayağı zəncirli halda Şam hökumətinin paytaxtına üz tutmuşdular. Dəməşqə çatdıqdan sonra Müaviyə onların haqqında hökm verməli idi.

Mərcul-əzra məntəqəsinə çatdılar. Bu məntəqə Dəməşqin iyirmi kilometr-liyində yerləşirdi. Müaviyəyə xəbər çatanadək, hökm məlum olanadək əsirlər oradakı zindanda qaldılar. Bəzilərinin fikrincə, əsirlər Dəməşqə aparılmadı və Müaviyə onları görmədən ölüm hökmlərini verdi. Əksəriyyətin isə fikri belədir ki, əsirlər Dəməşqə aparıldı və təkrar Mərcul-Əzraya qaytarıldı.

Ziyadın Şama göndərdiyi on iki nəfərin adları belə idi: Hücr ibn Ədi, Şərik ibn Şəddad, Seyfi ibn Fəsil, Qəbisə ibn Zubiə, Möhrəzi ibn Şəhab, Kədam ibn Həyyan, Əbdürrəhman ibn Həssan, Ərçəm ibn Əbdüllah, Kərim ibn Əfif, Asim ibn Ovf, Vərqa ibn Suməyy və Əbdillah ibn Həviyyə.

Ziyad bu on iki nəfərə Utbə ibn Əxnəs və Səd ibn Nəmran adlı iki nəfəri də qoşmuşdu. Onların ümumi sayı 14 idi.

Ziyadın Hücr və onun tərəfdarlarının əleyhinə yazdığı məktub ifadələrlə birlikdə Müaviyəyə çatdı. Müaviyə bu dəstə ilə necə rəftar etmək barədə tərəddüddə idi və onları öldürməkdən ehtiyat edirdi. Çünki Hücr ibn Ədinin parlaq keçmişi vardı, o yetərincə məşhur bir şəxsiyyət idi. Müaviyə əvvəlcə bu şəxslərin öldürmək haqqında məşvərət apardı, başqalarının da bu barədə fikrini öyrənmək istədi. Amma Müaviyənin təbliğatı sayəsində xalq bu adamlara ölüm tələb etdi. Amma bəzi tanınmış adamlar əsirlərin bağışlan-masını məsləhət görürdülər. Bu məsələ barədə susanlar da vardı. Müaviyə zahirən tərəddüddə idi. O, Ziyada məktub yazıb, ikifikirli olduğunu bildirdi.

Ziyad Müaviyəyə cavab məktubunda onun hələ də tərəddüddə olduğuna heyrət etdi-yini yazdı. Müaviyənin nəzərinə çatdırdı ki, xalqın şahidlik etdiyi yerdə nə tərəddüd?! Onu da qeyd etdi ki, əgər Kufəyə ehtiyacın varsa, Hücr və onun tərəfdarlarını bir daha buraya qaytarma.[26]

Ziyadın məktubunu Dəməşqə aparan qasid Mərcul-Əzradan keçərkən məhbuslarla görüşdü və dedi ki, ölüm qoxusu gələn bir məktub aparıram. Məhbuslara təklif etdi ki, əgər faydalı bir sifarişləri varsa, ona desinlər.

Hücr dedi: “Müaviyəyə çatdır ki, biz əhdi pozmamışıq və verilən ifadələri düşmənlər quraşdırmışdır.” Qasid bu sözləri Müaviyəyə çatdırdı. Müaviyə dedi: “Bizim nəzərimizdə Ziyad Hücrdən daha doğruçudur!”[27]

Hücr və tərəfdarlarına sonradan qoşulan iki nəfəri Mərcul-əzraya bir az gec çatdırdılar. Onların gəlməsi xəbərini Şama aparan məmur Hücr ilə görüşdü. Əl-ayağı zəncirlənmiş Hücr ona dedi: “Müaviyəyə de ki, bizim qanlarımız haramdır və bizi öldürmək rəva deyil. Biz müsəlmanlardan kimsəni öldürməmişik ki, qisas üçün qanımız axıdıla!”

Müaviyənin öz qərarını açıqladığı məclisdə bəziləri etiraz etdilər və kimlərinsə azad edilməsini istədilər. Müaviyə zindandakılarla dostluğu və ya qohumluğu olan yaxınlarının xahişi ilə onların altısını bağışlayıb azad etdi. Malik ibn Həbirə də xahiş etdi ki, əmisi oğlu Hücr ona xatir bağışlansın. Müaviyə dedi: “O bu dəstənin başçısıdır. Əgər azad etsək, yenidən Kufəyə qayıdıb aranı qatacaq. Onda məcbur olacağıq ki, səni İraqa göndərək və onu yanımıza gətirə-sən.” Malik bu sözlərdən inciyib məclisi tərk etdi və həmin vaxtdan xanənişin oldu.[28]

 

Mərcul-əzra şəhadətgahında


Hücr və yoldaşlarının həbsdə saxlan-dığı Mərcul-əzra məntəqəsi müəyyən cəhət-lərdən Hücr ibn Ədi üçün xatirələrə malik əziz bir yer idi. Bu məntəqənin fəthində və İslamın burada yayılmasında Hücr ibn Ədinin rolu vardı. İkinci xəlifənin dövründə bu diyar İslama öz ağuşunu açdı. Hücr qolu bağlı bu yerə gətirildikdə oranın adını soruşdu və sonra dedi: “Mən bu məntəqədə ilk dəfə təkbir demiş və Allahı yad etmiş müsəlmanam. İndi məni qolu bağlı əsir vəziyyətində buraya gətiriblər!”[29]

Olsun ki, Hücr ilə belə rəftar Müaviyənin İslama qarşı küfründən qaynaqlanırdı. Müaviyə heç bir dini dəyərə bağlı deyildi. Bu yerdə onun ilk fatehini həbs etmiş və axırda da oradaca qətlə yetirmişdi. Müaviyənin bu işi bir növ islami dəyərlərə və Hücr ibn Ədinin bu torpağa bağlılığına istehza idi. Bəli, Hücr məhz bu yerdə cihad və fəth etmişdi

Müaviyə Mərcul-əzraya gedib, oradakı-ları qətlə yetirməyi üç nəfərə tapşırdı. Onlardan biri taygözlü Hudbə ibn Fəyyaz idi. Hücrün zindan yoldaşlarından olan Kərim ibn Əfif Hudbəni gördükdə dedi: “Əgər pis falda bir həqiqət varsa, bizim yarımız öldürüləcək, yarımız isə azad olunacağıq!” İşin sonu Kərimin dediyi kimi oldu.[30]

Həmin üç məmurla birlikdə azad edilməsi nəzərdə tutulan altı nəfəri aparmaq üçün başqa bir şəxs də vardı. Ölümdən qurtulanlar bunlar idi: Asim, Vərqa, Ərqəm, Utbə, Səd və Əbdüllah.

Məmurlar digər məhbuslara dedilər: “Əmr var sizə bildirək ki, əgər Əlidən üz döndərib, ona lənət desəniz, azad ediləcəksiniz. Əks təqdirdə öldürüləcək-siniz.” Əsirlər dedilər: “Heç vaxt belə etməyəcəyik.” Taygöz məmur Hücra yaxınlaşıb dedi: “Ey azğın dəstənin başçısı, küfr və özbaşınalıq çeşməsi, ey Əbu-Turabın dostu! Müaviyə səni və yoldaşlarını öldürməyi mənə tapşırıb. Öz küfrünüzdən əl çəkib, Əlidən üz döndərsəniz vəziyyət başqa cür olacaq.”

Hücr və yoldaşları bir ağızdan dedilər: “Qılınc itiliyinə səbr etmək bizim üçün sənin dediklərindən asandır. Allahın, peyğəmbərin, Əlinin görüşünə getmək cəhənnəmə daxil olmaqdan əzizdir.”

Məhbuslara dəfələrlə təklif olundu ki, Əmirəlmöminin Əlidən (ə) üz döndərib, canlarını qurtarsınlar. Amma onlar razılaşmayıb, mövlalarına eşq yolunda şəhadəti qəbul etdilər.

Onlar üçün qəbirlər qazıldı, kəfənlər hazırlandı. Hücr dedi: “Bizi kafir kimi öldürür, müsəlman kimi kəfənə bükürlər!”[31]

Məhbusların zəncirləri açıldı. Onlar bütün gecəni namaz qıldılar. Dua və namaz səsləri ətrafı burümüşdü. Onlar şəhadətlə görüşə hazır idilər. Bu gecə onlar üçün çox xoş oldu.

Sübh açıldı. Onlara son dəfə təklif olundu ki, Əlidən üz döndərsinlər. Əsirlər yenə də uyğun təklifi rədd edərək bildirdilər: “Xeyr, biz onun ardıcılı və aşiqiyik. Onun düşmənləri bizim də düşmənimizdir.

Məmurlar qətli həyata keçirməyə hazır idilər. Həmin məqamda Hücr ibn Ədi bir hədis nəql etdi. Dedi: “Allahın rəsulu (s) mənə belə buyurmuşdu? “Ey Hücr! Bir gün Əli məhəbbəti yolunda işkəncələrlə öldürüləcəksən. Başın torpağa dəyəndə həmin yerdən bir bulaq qaynayar...

Hücrün yoldaşları öz şəhadətlərini səbirsizliklə gözləyirdilər. Onlar şəhadət şəminin başına pərvanə tək dolanırdılar. Bu feyzi dadmağa tələsməyən yox idi. Onlar bir-bir qanlarına qəltan olur, şəhadət işığında əbədilik dastanı yaradırdılar. Nəhayət, növbə Hücra çatdı.

Udbə ibn Fəyyaza əmr olunmuşdu ki, Hücrün boynunu vursun. Bəzi rəvayətlərə görə, Hücrün oğlu Həmmam da atasının yanında idi. Oğlunun bu tamaşaya şahid olması Hücru çox nigaran edirdi. O qorxurdu ki, azyaşlı oğlu bu dəhşətli səhnələri görüb, haqq yoldan, Əhli-beyt (ə) məramından uzaqlaşa.

Hücr cəllada dedi: “Əgər oğlumu da öldürmək əmr olunmuşsa, onu məndən qabaq öldür.” Cəllad belə də etdi. Ondan bu xahişinin səbəbi soruşulduqda dedi: “Qorxdum ki, qılıncı boynumda görəndə həyəcanlana və Əli (ə) vilayətindən üz döndərə. Bu səbəbdən qiyamət günü Allahın səbr əhlinə vəd etdiyi kimi bir yerdə olmamağımızdan ehtiyat etdim, mənim şəhadətimi görməsini istəmədim.”

Hücrün bu hərəkəti Allaha eşq və vilayət yolunda fədakarlığın zirvəsidir. Bu səhnə çox nadir səhnələrdəndir. Seyyid Məhəmməd Bəhrül-ülüm qəhrəmanlıq zirvəsi olan bu heyranedici hadisəni təsvir edərək yazır: Hücrün növcavan oğlunun başı atasının gözləri qarşısında yerə diyirləndi. Ata bu üzücü səhnəni seyr edərək, əllərini səmaya açdı, Allahın bu nemətinə şükr etdi. Oğlunun haqq yolda fəda olması, cihad və səbr onun üçün böyük nemətlər idi.

Hücr sevgili şəhid oğlunun yanında oturdu. Onun üzündən torpağı və qanı təmizlədi. Oğlunun alnından qəm dolu bir öpüş götürdü. Sonra şəhid oğluna xitabən dedi: “Allah sənin üzünü ağ etsin, necə ki, peyğəmbərin yanında mənim üzümü ağ etdin.”

Bəli, iman möcüzə yaradır, insan bütün bu ruhu əzəmət, batini cilvə, işıqlı və ilahi ruh qarşısında təvazöyə sövq edir. Haqq ardıcılları və Əli dostlarında müşahidə olunan həmin bu ruhiyyə və iman idi. Bu ruhiyyə əməvilərin əhrimən (şər) qüvvəsini lərzəyə gətirdi.

Hücr artıq övladının ruhdan düşməsin-dən, süstləşməsindən nigaran deyildi. Əqidə yolunda şəhadətin istiqbalı üçün tam hazır idi. Amma son anlarda da öz uca ruhunu Allahın əzəməti astanasında duaya sövq etməyə çalışırdı. Şəhadətdən öncə o iki rəkət namaz qılmaq, son dəfə bəndəliyini izhar etmək üçün möhlət istədi. Məmurlara dedi: “Qoyun dəstəmaz alım.” Ona icazə verildi. Dəstəmaz aldıqdan sonra dedi: “Qoyun iki rəkət namaz da qılım. And olsun Allaha, mən nə vaxt dəstəmaz almışamsa, iki rəkət namaz da qılmışam.” Ona iki rəkət namaz qılmaq üçün icazə verildi. Məmurlara elə elə göründü ki, Hücrün namazı uzun çəkdi. Dedilər: “Namazı nə uzun qıldın. Yoxsa ölümdən qorxursan?” Hücr dedi: “Əgər qorxmuş da olsam, qılıncı sıyırılmış, kəfəni sərilmiş, qəbri qazılmış körməyim yaxşıdır. Amma inanın ki, indiki namaz bu vaxtadək qıldığım namazların ən qısası oldu!” sonra əlavə etdi: “Pərvərdigara, bu ümmətdən dərgahına şikayət edirəm. Kufəlilər bizim ziddimizə şahidlik etdilər, şamlılar bizi qətlə yetirdilər.” Sonra üzünü məmurlara tutub dedi: “And olsun Allaha, bizi burada öldürürsünüzsə bilin ki, bu məmləkətdə ilkin tövhid nidası çəkib, elə orada da öldürülən mənəm.”[32]

Daha sonra təkid edərək dedi: “Məni bu zəncirlə öldürün, qanımı yumayın. İstəyirəm qiyamətdə Müaviyə ilə bu görkəmdə görüşüm.”[33]

Nəhayət, Hücr ibn Ədi həmin taygöz Udbənin qılıncı ilə şəhadətə çatdı. O son anlarda deyirdi: “Həbibim Peyğəmbər (s) belə bir gün haqqında xəbər vermişdi.”

Həmin gün Mərcul-Əzra bu altı şəhidin qanına bulaşdı: Hücr, Şərik, Seyfi, Qədisə, Muhrəz, Kədam. کدام

Bəzi mənbələrdə Hücrün özündən qabaq şəhadətə yetirilmiş növcavan oğlu Həmmamın da adı çəkilir.

Şəhidlər üçün cənazə namazı qılındı və onları həmin yerdə torpağa tapşırdılar. Hal-hazırda altı qəbr çərçivəyə salınmış və onun kənarında məscid tikilmişdir.

Hücr ibn Ədi və onun yoldaşlarının məzarı əqidə yolunda cihad, əhli-beyt sevgisi, Əmirəl-mömininə eşq, fəda-karlığa ilhamlanma simvoludur.

Bu insanların şəhadəti hicri 51-ci ilə təsadüf edir. Hücrün qanı bizə bunları öyrədir:

- Sevgi və dostluq yolunda fədakarlıq, qurbanlıq asandır;

- Eşq şəhidləri öz şəhadətləri ilə haqq və izzət yolunu hamarlamışlar;

- Həqiqi müsəlmanlar dini faydaları dünyavi mənafelərdən üstün tuturlar;

- İman və əqidə yolunda möhkəmlik azadə kişilərin xislətidir;

- Ən böyük cihad zalım hökumətə haqqı deməkdir;

- Batilin dövrü ötəri, haqqın dövrü isə əbədidir.

 

Bəli, qanlı yolun müsafirləri

Mələk qanadında tərk edər yeri.

Şəhadət şəhərin görsünlər deyə

Qaranlıq zindandan qalxdılar göyə.

Ağır zəncirlərdən üzüldü qollar,

Kimsəsiz uzandı buxovlu yollar.

İllər boyu zülmün bağlı qəfəsi

Qırıldı, açıldı haqqın nəfəsi.

Qanın möcüzəsi bu imiş əlbət,

Pisliyin içində qalır cəhalət.

 

Şəhadət cücərtisi


Şəhidin pak qanı həm cəlladları ifşa edir, həm də İslam yolu qəhrəmanlarını ilhamlandırır.

Hücr Allahla görüşə tələsdi və ağır cihad yükünü şəhadət sərhəddinə çatdır-dı. Müaviyəyə qalan isə əbədi alçaqlıq oldu. Hücrün şəhadətindən sonra saray-dakı yaltaqlar Müaviyəni təbrik etdilər ki, Küfədəki düşmənlərin ən qatısı aradan götürülüb. Amma həmin məclisdə Hücrün möhkəmliyindən də danışılır, onun şəhadətdən əvvəlki anları xatır-lanırdı.

Müaviyə bu söhbətlərin davamında dedi: “Əgər mənim tərəfdarlarım arasında bir neçə nəfər Hücr kimisi olsaydı, əməvi hökumətini dünyaya hdkim edərdim. Heyf! Hücr kimisi vaımdırmı? Elə bir insan ki, öz inamı yolunda bütün gücü ilə fədakarlıq gstərsin! “Bir qədər pərişan dayanıb əlavə etdi: “Hücrla görüşüm çox uzun olacaq!” (Müaviyə ilahi mühakimə gününə işarə edirdi)

Hücrün şəhadəti Kufəlilərə çox təsir etdi. Kufəlilər nəql edirdilər ki, birinci gördüyümüz zillət Hücrün şəhadəti, Ziyadın dəvəti ilə Əliyə (ə) lənət oxunması və İmam Hüseynin (ə) şəhadəti oldu.

Həmin faciədən sonra bu barədə eşidənlər qəmlənirdilər. Hətta əməvi sarayına bağlı adamlar da öz narahat-lıqlarını gizlədə bilmirdi. Ayişə də Hücrün şəhadəti ilə bağlı Müaviyəni tənqid etdi.

Bu hadisəyə etiraz edənlərə Müaviyənin cavabı yox idi. O, Hücru fitnəkar kimi tanıtdıran Ziyadın verdiyi məlumatları bəhanə gətirirdi.

Müaviyə Həccə gedərkən Mədinəyə gəldi. Ayişə ilə görüşmək isədikdə rədd cavabı aldı. Ayişə iki şeyə etiraz edirdi: Qardaşı Məhəmməd ibn Əbu-Bəkrin və Hücrün öldürülməsi. Amma hiyləcər Müaviyə o qədər üzr istədi ki, Ayişəni razı sala bildi. Ayişə Müaviyəyə Həzrət Peyğəmbərin (s) bu hədisini oxudu: “Mərcul-əzrada elə bir dəstə qətlə yetirilər ki, Allah və göy əhli bu işdən qəzəbə gələr.”[35]

Küfəlilər daim Hücrün şəhadətini xatırlayar və bu hadisədən qəmlənərdilər. O vaxt Kufəyə xəbər çatdıqda Kufə böyüklərindən bir hissəsi Mədinəyə imam Hüseynin xidmətinə getdi və hadisə barədə imama məlumat verildi. Hücrün şəhadət xəbəri imam Hüseyni (ə) çox narahat etdi. Kufədən gedən qrup bir müddət Mədinədə qalıb, imamla görüşlər keçirdi. Həmin vaxt Mədinə valisi olan Mərvan ibn Həkəm bu barədə Müaviyəyə xəbər verdi. İmam Hüseynin (ə) görüşlərini imam Həsənlə (ə) bağlanmış müqaviləyə zidd hesab edən Müaviyə imama məktub yazıb, etirazını bildirdi. Seyyidüş-şühədanın (ə) cavab məktubundan bəzi hissələrə nəzər salaq: “Məgər sən Hücrün və onun pak, abid yoldaşlarının qatili deyilsənmi? Onlar bidətlərlə razılaşmadılar, əmr be məruf və nəhy əz münkər etdilər. Sən isə onları zalımcasına öldürdün. Hansı ki, onlara aman vermişdin. Bu, sənin Allaha qarşı çıxmağının, əhd-peymanı yüngül saymağının nişanəsidir...”[36]

Müaviyə Hücru qətlə yetirdikdən sonra Məkkəyə gəldiyi il Hüseyn ibn Əli (ə) ilə görüşdü. O, imam Hüseynə (ə) dedi: “Hücr və onun yoldaşları, atanın şiələri ilə necə rəftar edildiyini bildinmi?” İmam (ə) soruşdu: “Nə etdiniz?” Müaviyə istehza ilə dedi: “Onları öldürdük, kəfənə bükdük, cənazə namazı qıldıq və torpağa tapşırdıq.” Hüseyn ibn Əli (ə) gülümsəyib, buyurdu: “ “Ey Müaviyə! Onlar qiyamət günü səninlə düşmənçiliyə qalxacaqlar. Amma biz sənin tərəfdar-larını öldürsəydik, nə kəfənə bükərdik, nə namaz qılardıq, nə də torpağa tapşırardıq!” (İmam (ə) onların müsəlmanlığını şübhə altına alırdı)[37]

Nəql edirlər ki, Müaviyə Hücru öldürdüyü üçün sonradan peşiman oldu. Amma bu peşimanlıq faydasızdı. O daim bu faciəni xatırlayardı. Hücr və onun yoldaşlarının qətli ölüm anınadək bir kabus tək Müaviyənin yaxasından yapışıb, onu rahat buraxmadı. Müaviyə və Ziyad ağır əzaba və xalqın nifrətinə tuş gəldilər. Onlar hər ikisi dünyalarını zəlil halda dəyişdilər. Amma Mərcul-əzra şəhid-ləri əbədiliyə qovuşdu, onların adları eşq və azadlıq kiabının sərlövhəsi oldu!

 

Söylə qalib gələn kim?

Zəlilliklə ölən kim?

Risalət ağuşunda

Eşq içində gülən kim?

 

Qeydlər

[26] “Tarixe-Təbəri”, c. 5, səh. 272

[27] Həmin mənbə, səh. 273

[28] İbn-Əsir, “Kamil”, c. 3, səh. 484

[29] “Əyanuş-şiə”, c. 4, səh. 580

[30] İbn-Əsir, “Kamil”, c. 3, səh. 485

[31] “Əl-dərəcatul-rəfiə”, səh. 428

[32] İbn-Əsir, “Kamil”, c. 3, səh. 485

[33] “Əyanuş-şiə”, c. 4, səh. 580

[34] İbn-Kəsir “Kamil”, c. 4, səh. 244

[35] Kənzül-Əmirəl-möminin (ə) mal, c.11, h. 30887

[36] Əl-imamət vəl-siyasət, c. 1, səh. 181

[37] Təbərsi, “Ehticac”, c. 2, səh. 191

 

Mənbə: Cəvad Mühəddisi, "Hücr ibn Ədi deallarla tanışlıq)", Tərcümə edənMəhəmməd Turan

 

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ