EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Leyla Şıxlinskaya kimdir?

Leyla Şıxlinskaya kimdir?

Leyla Fərrux qızı Şıxlinskaya - Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycanın xalq artisti, sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1990-1992-ci illərdə "Dyagilev-balet" truppasının baletmeysteri, xanım sahibkar.

 

Həyatı


12 iyun 1947-ci ildə Moskvada anadan olmuşdur. Leyla Şıxlinskaya balet məktəbini, daha sonra GİTİS-in teatrşünaslıq fakültəsini bitirmişdir. "Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaratmışdır. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir.

Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur etmişdir və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olmuşdur.

1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür. 1993-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına, daha sonra isə xalq artisti fəxri adına layiq görülmüşdür.

 

Filmoqrafiya


Arşın mal alan (film, 1965) - Gülçöhrə
Bağ mövsümü (film, 1985) - Əminə
Cazibə qüvvəsi (film, 1964) - Nərgiz
Dantenin yubileyi (film, 1978) - Yaqut
Dədə Qorqud (film, 1975) - Banuçiçək
Gün keçdi (film, 1971) - Əsmər
Xatirələr sahili (film, 1972) - Rəna
Qəm pəncərəsi (film, 1986) - Zeynəb
Qızıl qaz (film, 1972) - Şəfiqə
Oxuyur Müslüm Maqomayev (film, 1971) - Tatyana Larina
Ömrün ilk saatı (film, 1973) - Azərin sevgilisi
Şahid qız (film, 1990) - Leyla

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ