EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Mayk Pompeo kimdir?

Mayk Pompeo kimdir?

Donald Tramp 2017-ci ilin yanvar ayında Kanzas ştatının 4-cü seçki dairəsindən deputat Maykl Pompeonu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru təyin edən gündən onun əslində dövət katibi Reks Tillersonun yerinə hazırlandığı danışılmağa başlanmışdı.

Hər halda Pompeo bu vəzifə üçün il yarım gözləməli oldu.

Tillersonla bir çox məsələlərdə xüsusilə, Rusiya, İranla bağlanılan nüvə sazişi, Şimali Koreya kimi problemlərdə anlaşmayan Tramp aprel ayında onun vəzifəsinə son verdi və yerinə daha mühafizəkar, sərt, İrana qarşı düşmən mövqeyi ilə seçilən Maykl Pompeonu gətirdi.

M.Pompeo Kanzasdan deputat seçilməsinə baxmayaraq, 1963-cü idlə Kaliforniya ştatının Orici şəhərində anadan olub. Ali hərbi təhsilə malikdir və ABŞ-ın prestijli Vest-Point hərbi akademiyasını mühəndis-mexanik ixtisası üzrə bitirib.

1986-1991-ci ildərdə həqiqi hərbi xidmətdə olub və hətta Körfəz müharibəsində iştirak edib. Ordudan ayrıldıqdan sonra təyyarə detallarının satışı üzrə “Thayer Aerospace and Private Security” firmasına rəhbərlik edib. 2006-cı ildə isə “Sentry International” şirkəti ilə neft avadanlıqları biznesinə girişib.

Pompeo Respublikaçılar parityaısnı ən sağ qanadı sayılan “Tea party” ,yəni “Çay hərəkatı”nın fəal iştirakçılarından olub. Onların sayəsində 2011-ci ildə Kanzası Nümayəndələr palatasında təmsil etmək hüququnu qazanıb. Pompeonun ABŞ-da əhalini kütləvi şəkildə izləmə proqramlarının tətbiq olunmasının ən qızğın tərəfdarlarından biri olduğu bilinir. Bundan başqa, indki dövlət katibinin müsəlman icmalara qarşı olduqca neqativ münasibəti olub.

Maykl Pompoe qanunverici orqanda kəşfiyyat üzrə komitənin üzvü olub. O, terror mübarizənin ən sərt üsullarla aparılmasının tərəfdarı olduğunu dəfələrlə dilə gətirib. Pomeonun Quantanamo həbsxanasının bağlanmasına qarşı çıxdığı da məlumdur.

Bütün bunlar xarici siyasətə təxminən eyni baxışları daşıyan Donald Trampın məhz onu mötəbər vəzifəyə gətirən səbəblər olub.

Maykl Pompeo beynəlxalq siyasətdəki baxışları ilə ABŞ diplomatiyasının dünya problemlərinə yanaşma tərzini də dəyişdirib.

Onun Donald Trampla nisbətən ayrı düşdüyü mövzu Rusiya ilə bağldır. Sələfi Reks Tillersondan fərqli olaraq Pompeo Moskvaya qarşı özünü əsl quzğun kim aparır. Ukraynaya ağır və ölümcül silahların verilməsində də Pompeonun əməyi böyükdür.

Hələ Nümayəndələr palatasının üzvü olarkən ABŞ-ın İranla bağladığı sazişi tənqid edənlərdən bir olmuşdu.

Məhz onun Dövlət Deprtamentinə rəhbər təyin oldunduqdan sonra Donald Tramp Tehranla anlaşmanı pozmuşdu. Bundan daha sonra o, İrana qəbul edilməyəcəyi öncədən bilinən 12 maddəlik tələb irəli sürmüşdü. Pompeo Tehrandakı dini rejimin dəyişdirmək arzusunu açıq şəkildə dilə gətirməkdən çəkinmir.

İrana qarşı bu cür patoloji nifrət möqveyinə rəğmən dölvət katibi enyi davranışı Şimali Koreyaya qarşı sərgiləməyib. MKİ direktoru olarkən Kim Çen Inı öldürməklə hədələyən Pompeo indi ABŞ-ın rəsmi Pxenyanla danışıqlarının əsas müzakirəçisidir.

Yəqin ki, dövlət katibi üçün əsl sınaq Camal Qaşıqçı faciəsindən sonra Səudiyyə Ərəbistanı ilə bağlı yaranacaq. Bu hadisə həm Trampın, həm də Dövlət Departamentinin aylar boyu üzərlərində çalışdığı regional layihələri, o cümlədən milyardlıq silah satışları, Ərəb-İsrail yaxınlaşması, İranın bölgədən tamamilə sıxışdırılaraq çıxarılması kimi strateji hədəflərini zərbə altında qoyur.

Savaşçı dövlət katibinin bundan sonra Ər Riyada da eyni “quzğunluğu” göstərib göstərməyəcəyi maraq doğurur. (Musavat.com)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ