EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Nəvvab Səfəvi kimdir?

Nəvvab Səfəvi kimdir?

Şəhid Nəvvab Tehrani Səfəvi 1924-cü ildə Tehranda, Haniabad şəhərində çox nəcib və inanclı ailə olan Seyid Müctəba Tehraninin ailəsində dünyaya gəlir. İbtidai dini təhsilini Abadanda alır. İbtidai təhsilini onda olan fitri istedad səbəbi ilə 7 ilə bitirən Seyid Nəvvab elə illər olurdu ki, bir il ərzində iki ilin təhsil nəticəsinə uyğun bilgi əldə edə bilir. Buna görə də o 10 illik təhsilini 7 ilə başa vuraraq təhsilinin davamı üçün İran-Alman sənət məktəbinə yollanır. Peşə məktəbini bitirdikdən sonra İranda neft şirkətlərindən birində işə düzələn Seyid Nəvvab bir gün iranlı bir şəxsi ayaqları altına salaraq döyən bir ingilisin özbaşnalığını seyr edincə buna susqun baxan iranlılara üzünü tutub: ”Siz çox səviyyəsiz adamlarsınız. Sizin qardaşınızı döyən İngilisə elə baxırsız ki, güya günahkar iranlıdır və o da İngilis torpağındadır. Hansı ki, onun günahi iranlı olmaqdan başqa bir şey deyildir”. Onun bu sözündən sonra İran fəhlələri ayağa qalxır və etiraza başlayırlar. Bunu görən ingilis etdiyi əməlinin səhvini anlayıb üzr istəsə də Seyid Nəvvab hər kəsin qisas hüququ olduğunu söyləyib onları qisas almağa çağırır. Beləcə döyülən şəxsin İngilisdən aldığı qisas böyük səs-küyə səbəb olur. Seyid Nəvvab bu işə təşkilatçı kimi axtarışa düşür. Dostlarının yardımı ilə ölkədən çıxarılan Seyid Nəvvab öncə Bəsrəyə, daha sonra isə dini elmə olan böyük marağı səbəbi ilə Nəcəf elmi hövzəsinə yola düşür.

Yaşının azlığına baxmayaraq Seyid Nəvvab qisa zaman kəsiyində hövzədə böyük naliyyətlər əldə edir. “Əl-Qədir” kitabının müəlifi Əllamə Əmininin xüsusi diqqəti sayəsində Seyid Nəvvabın bilgilərində xüsusi bir uğur əldə edir. Bunula yanaşı o İranda xarici ölkələrin istismar siyasətini də yaxından izləməklə ölkəsinin xarici qüvvələrin təsirini narahatedici bir hal kimi qəbul edir. Tez-tez tələbə yoldaşları ilə İrandakı ictimai-siyasi vəziyyəti təhlil edən Seyid Nəvvab bu barədə böyük ustadlarla da məshətləşməyi unutmur.

Birinci dünya müharibəsinin baş vermə dönəmində İranin daxili vəziyyəti çətin, dini dəyərləri isə ağır şərtlər altına düşür. Rza xanın yaratmaz siyasəti ölkəsini yadellilərin təsiri altına salmaqla yanaşı təbii sərvətlərin də talanına yol açır. Onsuzda ağır olan İran xalqının maddi durumu daha kəskin hala gəlir. Daxildə dinə qarşı aparılan kəskin siyasət isə inanclıların dini vəziyyətini şübhə altına almaqda davam edir. İş o yerə çatır ki, Xan Əhməd Kəsrəvinin İslam dini, Əhli-beyt (ə) məzhəbinə nəinki zidd, hətta onları alçaldıcı fikirlərlə təhqir edən kitabların çapına şərait yaradılır. Onun fikirlərini Nəcəf alimlərinə təqdim edən Seyid Nəvvab böyük müctəhidlərdən Əməd Kəsrəvinin qanının hallallığı haqqında ölüm fətvasını alır.

1941-ci ildə Seyid Səfəvi İrana qayıdır və birbaşa olaraq Tehrana, Əhməd Kəsrəvinin evinə gəlir. Onunla uzun danışıqlardan sonra ona bu yoldan çəkinmək üçün son fürsətin verildiyini bildirərək evini tərk edir. Tərk edincə isə bu işlərinə son verib dayanmayacağı halda onu gözləyən aqibəti Əhməd Kəsrəviyə bildirərək yazdığı kitabların ardınca şiələrdən üzr istəyib təkzib verməsi üçün ona zaman verir. Bu hadisədən iki ay sonra, 1941-ci ilin Mayında öz iyrənc işini dayandırmayan Əhməd Kəsrəvinin ölümünə qalxan Seyid Səfəvi Əhmədlə qarşılaşır. İlahi hökmü bir daha ona elan edən Seyid Səfəvi Kəsrəvini qətlə yetirmək istəsə də bu işi alınmır. Polislərin müdaxiləsi bu işi maniyələndirir və Seyid Səfəvi həbs olunur. Bu həbs və addığı addım onu gənc İranlılar arasında daha çox sevdirir. Həbsdən çıxdıqdan sonra isə böyük bir gənc kütləsini Seyidin ətrafında cəmləyir. Elə bu cəmlənmə səbəb olur ki, 41-ci ilin yayı Əhməd Kəsrəvinin ölümü gerçəkləşir. Rza xan onun qatillərinin tapılması istiqamətində gücünü sərf etsə də qatillər tapılmır.

Seyid Nəvvab ölkədaxili geniş səfərlər təşkil edərək İranın müxtəlif bölgələrini dolaşır, mübariz ruhanilərlə görüşür, ictimai xadimləri öz vəzifələrində daha ciddi olmağa çağırır. Xalq kütləsi arasındakı görüşləri isə böyük coşqu və sevgi ilə qarşılanır. Xalqı mübarizəyə səsləyən bu gənc lider insan üçün ən dəyərli şeyin, şərəfin itməsinə heç bir insanın yol verməməsini onlara anladaraq zülmün müqabilində məğrur və cəsur olmağı tək çıxış yolu bilir. Bu gün İran İslam Respublikasının ali dini lideri Ayətullah Seyid Əli Xamineyi Seyid Nəvvab Səfəvinin Məşhəd şəhərində etdiyi xütbəsi haqqında öz xatirələrində mücadilə və inqilabı fikirlərə onda məhz Nəvvab Səfəvinin o çıxışları təkan verdiyini bildirir.

Əlbəttə Seyid Nəvvabın apardığı mübarizə təkcə ölkəsinin daxili ilə məhdulaşmır. Onun Suriya, Misrdə etdiyi çıxışlar, tanınmış təsənnün alimləri ilə görüşləri tarix səhifələrində qizil hərflərlə yazılmalı hadisələrdəndir. O Misirdə olduğu zaman keçmiş Fələstin lideri Yasir Ərəfatla rastlaşır. Qahirə unversitetində mühəndislik təhsili alan Ərəfata: “Qəribədir, sən ölkənin qan ağladığı bu vəziyyətində mühəndis olmağa hazırlaşırsan? Hansı Fələstin üçün? Bu gün İsrailin yırtıcı caynağında inləyən Fələstinəmi mühəndis olacaqsan?” Onun bu sözləri Yasir Ərəfata ruh verərək onu Fələstinə qaytarır. Haqsızlığa qarşı mübarizə, ədalət tələblilik eşqi Seyid Nəvvabı qədəm qoyduğu istənilən ölkədə onu qısa bir zamanda sevdirə bilir.

1944-cü ildə İranda neftin milliləşməsi siyasəti son həddinə çatır. İranda müxalif qüvvələr İran neftinin milli olması əleyhinə olmaları əslində Amerika və Qərbin təsiri altında olmaqla yanaşı xalqın sərvətinin talanına bir növ xidmətçi qismində çıxış edirdi. Elə buna görə də onlar ölkədə qarşıdurmalar yaradaraq bu layihənin baş tutmamasına çalışırdılar. Bunların başında isə ölkədə baş nazir vəsifəsini tutan Əli Rəzmarı dururdu. O Amerikanın təsiri altında olmaqla ölkədə güclənən inanclılara qarşı da sərt mövqey tutaraq xalqın malını Qərbin əllərinə verməkdə bütün qüvvəsini sərf etmişdi. 1946-cı il Martın 16-da Xəlil Təhmasib adlı vətənpərvər şəxs tərəfindən Əli Rəzmari qətlə yetirilir. Onun qətli ölkə hakimiyyətində böyük qorxu və xaus yaratsa da dini camiə və azad İran xalqı bu addımı dəstəkləri və onu qətlini İran xalqının rifahina uzanan əlin kəsinməsi kimi dəyərləndirir.

1948-ci ilin Avqustunda isə prakrorluq və milli məclisin geniş araşdırması Əli Rəzmarinin İran xalqına etdiyi xəyanətləri üzə çıxdı. Onun qətli üçün ömürlük həbs cəzası alan Xəlil Təhmasib iki illik həbsdən sonra əff olunaraq azadlığa çıxır. Amma bu azadlıq İranın istelaya məruz qalma siyasətində çox da böyük dəyişikliyin varlığı demək deyildi. Daxili və xarıcı siyasətin yarıtmaz quruluşu İranı tam xarici dövlətlərin təsiri altına qoymaqla yanaşı dini dəyərlərin də kənar qüvvələrin əli ilə alçaldıcı hala gətirilməsi hər bir inanclı üçün narahatedici hal idi. Xüsusi olaraq ruhi və cismi İlahi inancla qaynayan Seyid Nəvvab Səfəvi bütün bunların acı nəticələrini göz önünə alaraq xalq kütlələri, inanclı kəsimlə görüşərək dini dəyərlərin qorunmasi istiqamətində onlarla danışıqlar aparır. Xüsusi olaraq Hüseyn Elanın zamanında aparılan Qərbyönlü siyasət İran daxilində dini inanclıları ən çətin vəziyyətə salır. Bu çətin vəziyyəti aradan qaldırmağa tək çıxış yolu görən Müzəffər Zülqədr 1950-ci il noyabırın 25 də Seyid Mustafa Kaşanının əza məclisinə gələn Hüsey Elana məclisi tərk edən zaman atəş açır. Amma cəhdi boşa çıxır və Müzəffər Zülqədr həbs olunur . 1951-ci ilin dekabrında Hüseyn Elana olunan sui-qəsdə görə Seyid Nəvvab Səfəvi, Xəlil Təhmasib, İslam Fədailər Hərakatının fəal üzvü Əbdülhüseyn Vahidi və digər İslam fədailəri həbs olunurlar.

Məhkəmə Əbdülhüseyn Vahidi və Xəlil Təhmasibə ölüm hökmü oxuyur və onlar güllələnərək qətlə yetirilirlər.
Seyid Nəvvab Səfəvinin həbsi və istintaq dövrü uzanınca onun əleyhinə də kifayət qədər məlumat toplanmağa başlayır. Bu illərdə baş verən qətllər, kütlənin haqqını tələb etmək üçün etiraza qalxması və sair kimi hadisələr Seyid Nəvvabın cinaət işinin davamı kimi işinə daxil edilir. Dövrün irtica şah qüvvəsi Seyid Nəvvabın azad olacağı halda ölkəni onun üçün bir məzar edəcəyi ona aydın idi. Buna görə də heç bir vəchlə Seyid Nəvvab azadlığa çıxarıla bilməzdi. Elə bu səbəbə görə 1956-cı ilin 17-yanvarında məhkəmə Seyid Nəvvab Səfəviyə ölüm hökmü çıxarır. Məhkəmə salonunda da ecazkar çıxış edən Seyid Nəvvab Səfəvi son sətirlərini belə mübariz ruhunu heç bir qorxu və həyəcan müqabilində təslim etməyəcəyini bildirərək şəhid oldu.

Şəhadətindən sonra həyatının son günündə yazdığı vəsiyyətnaməsi Seyid Nəvvab Səfəvinin insanlığa yönələn çağırışı olaraq bu gün də öz aktuallığını qorumaqdadır. Vəsiyyətnaməsində şəhid Səfəvi yazırdı: “Rəhman və Rəhim olan Allahın adı ilə. Ey dünyadakı müsəlman qardaşlar, Allahın, Məhəmməd və Ali Məhəmmədin (s) sabitqədəm dostları! Dünya bizdən üz çevirdi və axirət bizə üz tutdu. Ömrümüzdən keçən fani olan dünya idi. Bizə üz tutan tələsərək getdiyimiz isə axirətdir. Çalışın ki, bu fani keçmişin yox, qəti gələcəyin övladı olun. Özünüzü o əbədi saraya hazırlayın. Aman azuqənin azlığı və səfərin uzunluğundan! Müqədəs vücudu Allah eşqi və İlahi mərifətlə dolu bir dünya olan Əmirəlmöminin (ə) şəxsiyyətini azca dərk etmək üçün bir dünya mərifət lazımdır. Dünya əziz əmoğlusundan (s) sonra onun kimisini görmədi və görməyəcək. Azuqənin azlığı və yolun uzunluğundan nalə çəkirdi. Oyanın bu dovşan yuxusundan! Dünyanın sınaq oyununa aldanıb çirkaba batmaqdan çəkinin. Böyük Peyğəmbərlərin, Məhmməd və ali Məhəmmədin (s) yolu ilə Allaha və axirət dünyasına doğru çalışan möhkəm dəlilləri, Allahın pak ayələrini, dünyanın nurlu həqiqətlərini unutmayın. Ey kaş Allah istəməsin ki, mən və siz zərərə düşənlərdən, qiyamətin bədbəxtlərindən, cəhənnəm əshabı zümrəsindən olaq. Dünyanın asan və ötəri məşəqqətinə dözə bilməyən, kiçik bir müsibətlə rastlaşanda özünü itirib aciz qalan sən öz zəif və kövrək cismini qəhhar Allahın od və suyundan şölələnən atəşə necə hazırlayırsan? Təəccüblüdür ki, dünya labaratoriyasına sürətlə girib-çıxan, qara tor mexanizmin də öz ixtiraçısının qanunlarına tabe olduğunu bilən zəif insan varlıq aləmini
yaradanın qanunlarına, Onun əziz nümayəndəsi İslam Peyğəmbəri Muhəmmədə (s) diqqətsiz qalıb, öz düşüncə və həyat mühitini buxovlayaraq, özünü Allahın qəzəb alovunu şölələndirən cəhalət və şəhvət atəşində yandırır! “Onlar heyvan kimi, hətta ondan da azğındırlar”

Ey qardaşlar! Siz xəbərdarlığı başa çatdırmaq, Allahın razılığını qazanmaq, Ona itaət, Allahın hüzurunda bəraət qazanmaq üçün haqqı deyin, təbliğ edin, bu biçarələri sabahın çarəsizliyindən xəbərdar edin. Onları qorxudun. Onların günah və tüğyanlarına etirazınızı bildirin. Ya doğru yolu qəbul edərlər, ya da kafir olarlar. Allah onların itaətinə möhtac deyil, onların günahları Allahın hökumətinə zərər vurmaz. Onun cəhənnəmi genişdir. Daha çox azğın və günahkar varmı?-soruşar. Dünyanın puç fəlsəfələri, əlvan görüntüləri, rəzil qüdrətləri, aldadıcı libasları orada heç olar, dərdə dərman olmaz, heç nəyə yaramaz. Aman bu uzun ayrılıqdan!
Qardaşlar! Mən gördüm və ağlı olan hər kəs gördü ki, Allaha məhəbbət bütün məhəbbətlərdən şirindir, Ona itaət şeytan və nəfsə itaətdən əzizdir...”

İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ