EURO 1,934 NEFT 63,63
USD 1,7 RUB 0,0258

Olcaytu Məhəmməd Xudabəndə kimdir?

Olcaytu Məhəmməd Xudabəndə kimdir?

Həyatı
Olcaytu xan 24 mart 1282-ci ildə doğulmuşdur. Arqun xan və xristian Uruk xatunun oğludur. İlk adı Nikolas idi. Əvvəlcə buddist, daha sonra qardaşı Qazan ilə birlikdə sünni olmuşdu. Daha sonralar - 1310-cu ildə, Əllamə Hillinin təsiri ilə şiə olmuşdur. Bundan sonra adını Məhəmmədə çevirmiş, 1294-cü ildə Olcaytu adını da qəbul etmişdir.

 

Hakimiyyəti
1304-cü ildə qardaşı Qazan xanın yerinə xan seçilmişdir. Həmin il Arqun xan dövründən bəri salınmağa başlamış Sultaniyyə şəhərinin tikintisi bitmişdir. Xan, Sultaniyyəni paytaxt, Bağdadı isə qış iqamətgahı kimi istifadə edirdi. 1309-cu ildə Şirazda "Seyyidlər evi"nin əsasını qoymuş, hər il 10000 dinar maaş vermişdi. 1312-ci ildə Məmlüklərə qarşı monqolların son yürüşünü başlatmış və məğlub olmuşdur.

1305-ci ildə Olcaytu Bizans imperatoru II Androniklə ittifaqa girmiş və birlikdə Osman bəyi məğlub etmişdilər.

 

Ticarət münasibətləri
Hakimiyyətinin ilk ilində Genuya respublikası ilk dəfə Təbrizdə konsulluq açmışdır. Bundan əlavə 1306-cı ildə Venesiyalılara da azad ticarət hüququ verilmişdi. Avropa ölkələrindən gətirdiyi mancanaq ustaları sayəsində Herat şəhərini ələ keçirmişdi. Olcaytunun Avropalılarla Məmlüklərə qarşı yeni müharibə planı baş tutmamışdı. Bu isə 1313-cü ildə Kebek xanın Xorasana daxil olmasına bəhanə verdi. Çağatay ordusunda Yasavur xanın elxanilərin tərəfinə keçməsi ilə Kebek xan məğlub oldu. Ölcaytu, Yasavur xana Badğis vilayətini verdi.

 

Ölümü
Məhəmməd Olcaytu 38 yaşında vəfat etmişdir. Yerinə oğlu Əbu Səid Bahadur keçdi.


Ailəsı
Oğulları

Süleymanşah (gənc yaşda öldü)
Sultan Əbu Səid Bahadur xan (1316-1335)
Bəstam
Bəyazid
Teyfur
Əbülxeyr

Qızları

Sultan Satıbəy xatun (1339-1340)

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ