Salome Zurabişvili kimdir?

Salome Zurabişvili kimdir?

Salome Zurabişvili 1952-ci ilin 18 mart tarixində Parisdə gürcü siyasi mühacir ailəsində doğulub. 30 il Fransa Xarici İşlər Nazirliyində çalışıb. 2004-2005-ci illərdə Gürcüstanın xarici işlər naziri olub. 2005-ci ilin noyabr ayında “Gürcüstan yolu” müxalifət partiyasını qurub. Bu partiya 2007 və 2009-cu illərdəki etiraz nümayişlərində fəal iştirak edib. 5 il sonra isə Gürcüstan siyasətini tərk etdiyini bəyan etdi.

2013-cü ildə Gürcüstan prezidentliyinə namizəd olsa da, ikili vətəndaşlığı olduğu üçün qeydə alınmayıb. 2018-ci ilin avqust ayında Fransa vətəndaşlığından imtina edərək prezident seçkilərinə qatıldı və 2-ci turda qələbə qazanaraq Gürcüstanın ilk qadın prezidenti seçildi.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ