1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:11.07.2020 16:55:04

Livan Hizbullahının Baş Katibinin müavini Şeyx Naim Qasim Livandakı mövcud durumla bağlı açıqlama verib.

İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, Livan Hizbullahının Baş Katibinin müavini Şeyx Naim Qasim Livandakı mövcud durumla bağlı açıqlama verib.

O bildirib ki, Livandakı mövcud problem, İran və ABŞ arasındakı məsələ deyil, Hizbullah və İsrail arasındakı məsələdir.

Bir telekanala müsahibə verən Şeyx Naim Qasim “ABŞ-ın bölgədə bir sıra hədəfi var, o da İsrailin təhlükəsizliyini qorumaq və fəlsətinliləri haqlarından məhrum etməkdir.”, -deyə bildirib.

Şeyx Naim “Hizbullah İsraili Livan torpaqlarından çıxara bilən və müqavimətə zərbə vurma arzularını əngəlləyən bir müqavimət hərəkatıdır. Livan Hizbullahı 2000-ci ildə böyük bir qələbə qazandı”, -deyə əlavə edib.

“O bildirib ki, Livandakı mövcud problem, İran və ABŞ arasındakı məsələ deyil, Hizbullah və İsrail arasındakı məsələdir. Hizbullah, Livanın bir parçası olaraq ABŞ və İsrail tərəfindən rədd edilən suverenliyini təmin etmişdir.”, -deyə Hizbullah rəsmisi vurğulayıb.

Daha sonra Şeyx Naim Qasim deyib: “ABŞ-nın Livan üzərindəki mövcud təzyiqi Hizbullahı devirmək üçündür. Əgər kimsə Hizbullahın təzyiq yolu ilə geri çəkiləcəyinə inanırsa, onlara qələbə və şəhadətdən başqa seçimimizin olmadığını söyləməliyəm. Əgər təzyiqlər qarşısında boyun əyəcəyimizi düşünürsünüzsə, bizim Livanı qorumaq üçün hökümətlə birlikdə hərəkət etməyimizi bilməlisiniz.”

“İqtidardakı Livan höküməti varlığını sürdürəcək və bizim bu höküməti dəstəkləməmiz lazımdır. Biz Livan hökümətinə güvənirik, çünki başqa seçimimiz yoxdur. Hizbullah mövcud hökümətin bir parçasıdır. Əgər bu hökümət müsbət bir performans sərgiləyərsə biz də bundan istifadə edə bilərik.”. –deyə Hizbullah liderinin müavini qeyd edib.


Kimsə Hizbullahın təzyiq yolu ilə geri çəkiləcəyinə inanırsa...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ