EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.03.2019 18:03:53

Azərbaycanın təklif etdiyi yeni Boqota-İstanbul-Bakı-Tbilisi turist marşrutu Kolumbiya turizm şirkətlərinin marağını cəlb edib.

Azərbaycanın təklif etdiyi yeni Boqota-İstanbul-Bakı-Tbilisi turist marşrutu Kolumbiya turizm şirkətlərinin marağını cəlb edib.

Bunu “Report”a Azərbaycanın Kolumbiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynallı bildirib.

“Bir çox turizm şirkətlərinin artıq təklif etməyə başladığı bu xətt xüsusilə də may ayının sonunda Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyununa görə kolumbiyalıların marağına səbəb olur. Kolumbiyada futbol çox sevilən idman növü olduğundan Bakıya gəlmək istəyənlərin sayı artmağa davam edir. Viza almaq üçün müraciətlərin çoxalması da buna dəlalət edir” - deyən o qeyd edib

Diplomat vurğulayıb ki, hazırda Boqota-İstanbul təyyarə reysləri həftədə üç dəfə yerinə yetirilsə də, bu istiqamətə tələbin yüksək olması ilə bağlı yaxın vaxtlarda reys sayının 4-ə, yayda isə 5-dək artırılması gözlənilir: “Nəticə etibarilə Azərbaycana da turist axınının artacağı ehtimal olunur. Həm də turistləri təkcə Bakıya yox, başqa yerlərə də cəlb etmək nəzərdə tutulur. Məsələn, Şəkiyə gələcək turistlər bu şəhərdən asanlıqla Tbilisiyə də gedə biləcəklər. Kolumbiyadan Azərbaycana turist axını daha çox üç ən iri şəhər olan Medellin, Kartagena, Boqotadan gəlir. Ölkənin hər yerində işləyən ən böyük turizm şirkətləri ilə görüşüb Azərbaycanda həm yay, həm də qış turizmi üçün imkanlar barədə məlumat vermişik”.

H.Zeynallı həmçinin “Turlish Airlines” tərəfindən birbaşa İstanbul-Boqota-İstanbul reysinin açılması sayəsində Kolumbiyadan Azərbaycana turist axınının əvvəlki illərə nisbətən xeyli artdığını da diqqətə çatdırıb.


Kolumbiyadan Azərbaycana turist axını artır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İslam Respublikasında 3 ayda 581 dinc insan həlak olub
    Bu haqda BMT-in Əfqanıstana yardım üzrə Missiyasından məlumat veriblər.
     24.04.2019
    Ayətullah Xameneidən ABŞ-a xəbərdarlıq: Cavabınız veriləcək!
    "Düşmənin fitnələri cavabsız qalmayacaq"
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ