1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:09.04.2020 10:31:05

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov bu suala cavab verib

Çox adam elə fikirləşir ki, koronavirusa görə ölkəmizin qida sektorunda azalmalar olacaq, nələrsə çatmayacaq. Ancaq belə hallar baş verməyəcək.

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının istehsalında azalma müşahidə edilmir: “Ötən təsərrüfat ilində çox yaxşı məhsul artımımız oldu, bu təsərrüfat ilində də vəziyyət eyni qaydada olacaq. Pandemiyanın yayılmasından əvvəl də təsərrüfat işləri həyata keçirilib, fermerlərin maddi-texniki bazaya əlçatanlığı təmin edilib və hazırda fermerlərimiz çox yüksək əhval-ruhiyyə ilə istehsal prosesini həyata keçirirlər. Tam əminliklə deyirəm ki, məhsul qıtlığı olmayacaq. Hətta məhsul artıqlığı var, çünki bir sıra məhsullar başqa ölkələrə ixrac olunurdu. Amma başqa ölkələrdə də bizim ölkəmizdə olduğu kimi istehlak azalıb. Restoran, şadlıq evləri və digər iaşə müəssisələrinin fəaliyyəti məhdudlaşdırıldığından, kütləvi tədbirlər təxirə salındığından istehlakda müəyyən azalma var. Amma məhsulumuz boldur. Bu il də bizim istehlakçılarımız yüksək keyfiyyətli məhsulla təmin olunacaqlar”.


Koronavirus ölkədə məhsul qıtlığına səbəb olacaqmı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniya Postkorona dövrü: Hibrid avtomobil alıcılarına 6 min avro, uşaqlara 300 avro
    Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün addımlar atacaq
     05.06.2020
    Tramp İrana təşəkkür etdi - SƏBƏB
    ABŞ Prezidenti Donald Tramp öz tvitter səhifəsində bu haqda yazıb
     05.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ