1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.05.2019 16:17:29

ABŞ prezidenti ipoteka krediti götürüb.

İslamazeri.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp 2018-ci ildə 5 milyon dollardan çox ipoteka götürüb.

Buna, ABŞ Prezidentinin Maliyyə İşlərinə dair Hökumət Etikası üzrə Ofisinin hesabatı dəlalət edir.

Hər il hazırlanan hesabatda bankdan 5-25 milyon dollar məbləğində ipoteka kreditinin götürüldüyü qeyd edilir.

“Palm Beach Daily News” qəzeti yazır ki, Trampın oğulları prezidentin bacılarından birindən Floridada yerləşən 9 otaqlı evi 18,5 milyon dollara alıblar.

“Reuter” isə bildirir ki, sözügedən evin alınması isə götürülmüş ipoteka kreditinin məbləği 11,2 milyon dollar təşkil edib.

Lakin, kreditinin nə qədərinin Donald Trampın payına düşdüyünü demək çətindir, çünki ABŞ prezidenti bu məlumatların da qeyd edildiyi vergi deklarasiyasını dərc etmir.

Hesabata əsasən, ümumilikdə Donald Trampın adın 14 kredit var ki, onlardan da 3-nün cəmi 50 milyon dollardan çoxdur.

Qeyd edək ki, ABŞ-da hətta ən varlı insanlar belə ipoteka götürürlər. Buna səbəb isə, ipoteka kreditinin faiz dərəcəsi nəğd vəsaitinin yatırılmasından əldə ediləcək potensial gəlirdən adətən aşağı olur. Məsələn, Floridadakı ev üçün kredit Trampa illik 4,5 faizlə verilib, eyni zamanda isə, biznes və ya səhmlərə yatırılacaq pullar nəzərəçarpacaq qədər böyük gəlir gətirə bilər.


Kredit borcunda “boğulan” Tramp böyük məbləğdə ipoteka götürdü - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusu  77 PKK terrorçusunu məhv edib
    Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər.
     16.06.2019
    İran ABŞ-ın tankerlərinə hücum iddiasına cavab verdi
    İran Parlamentinin sədri ABŞ-ın iddialarına cavab verib.
     16.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ