Lavrov: Qərblə Rusiya arasında müharibə hibrid yox, realdır

Lavrov: Qərblə Rusiya arasında müharibə hibrid yox, realdır
Yayınlanma tarixi: 24.01.2023 11:13:27

"Ukraynada baş verənlərdən danışanda artıq hibrid müharibədən deyil, demək olar ki, real müharibədən danışırıq".

Rusiyanın Xarici işlər naziri Sergey Lavlov, Ukraynada cərəyan edən proseslərin artıq hibrid müharibə yox, Qərbin Rusiyaya qarşı real müharibəsi olduğunu bildirib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Lavrov Pretoriyada cənubi afrikalı həmkarı Naledi Pandor ilə görüşdən sonra təşkil edilən  birgə mətbuat konfransında danışıb.

ABŞ-ın Rusiya ilə əməkdaşlıq edən digər ölkələri təhdid etdiyini ifadə edən Lavrov ABŞ və Böyük Britaniyanın təhdid və təzyiqlərlə bütün qırmızı xətləri pozduğunu  ifadə edərək deyib:

"Onlar 1000 illik böyük sivilizasiyaları təmsil edən dövlətləri hədələyir və bu xalqların milli qürurunun olduğunu görməzdən gəlirlər. Ukrayna müharibəsində dildən mədəniyyətə qədər Rusiya ilə bağlı hər şeyin məhv edilməsinin istəndiyini söyləyən Lavrov qeyd edib ki, Ukraynada baş verənlərdən danışanda artıq hibrid müharibədən deyil, demək olar ki, real müharibədən danışırıq".

GÜNÜN MANŞETLERİ