Livanda üç həftəlik atəşkəs pozuntular fonunda başlayıb.
İslamazeri.com xəbər verir ki, İsrailin pozuntularının kölgəsində Livanda üç həftəlik atəşkəs başladı.
ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.
Ərəb mediasının məlumatına görə, Trampın elan etdiyi üç həftəlik atəşkəs bu gün qüvvəyə minib. Bu atəşkəs gərginliyin artmasının qarşısını almaq və daha geniş danışıqlara yol açmaq cəhdidir.
Atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubuna hücumları davam edir.
Dünən İsrail ordusunun Livanın cənubuna hücumları nəticəsində 14 nəfər həlak olub, 37 nəfər yaralanıb.