1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:25.03.2019 19:42:08

AYİB-dən bildiriblər ki, müqavilə hazırlanan vaxt karbohidrogenlərin qiymətləri bu günə nisbətən aşağı idi

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində "LUKOIL Overseas Shah Deniz Ltd" üçün kredit verilməsi prosesinin dayandırılmasının səbəbini açıqlayıb.

AYİB-dən Trend-ə bildiriblər ki, müqavilə hazırlanan vaxt karbohidrogenlərin qiymətləri bu günə nisbətən aşağı idi:

"Daha sonra qiymətlər artdı və nəticədə LUKOIL şirkəti layihəni daxili vəsaiti hesabına maliyyələşdirə biləcəyi və xarici borclara ehtiyac olmadığı qənaətinə gəldi. Nəticədə AYİB-in kredit verilməsi layihəsi ləğv edildi".

Qeyd edək ki, 2017-ci ildə AYİB-in İdarə Heyəti Azərbaycanın iri qaz-kondensat yatağı olan "Şahdəniz"in işlənməsinin ikinci mərhələsində "LUKOIL Overseas Shah Deniz Ltd"nin payının maliyyələşməsinin genişləndirilməsi məqsədilə 100 milyon dollara qədər kreditin ayrılmasını təqdir edib.

Kredit vəsaitləri iki qaz dəniz platformasının tikintisi, 26 sualtı quyunun qazılması, 500 kilometr uzunluğunda sualtı boru çəkilişinə və Səngəçal terminalının genişləndirilməsinə yönəldilməli idi.

Xatırladaq ki, Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir.


LUKOIL “Şahdəniz-2” layihəsi üçün kreditdən niyə imtina etdi?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda reallıq: Qumara aludə olan gizir pulemyot və qumbaraları satırmış...
    İsrail Ordusu güclü olduğunu dünyaya yeritsədə, reallıq ordudakı xaos, özbaşnalıq və ruh düşkünlükdən başqa bir şey deyil
     19.07.2019
    İnqilab Keşikçilərinin Baş Komandanı: Səhv edərlərsə strategiyamızı dəyişib - müdafiədən hücuma keçəcəyik
    "İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır."
     19.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ