EURO 1,8757 TRY 0,2945
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:06.11.2019 09:39:45

Ən diqqət çəkən suallardan biri məktəblərdə yığılan "süpürgə pulu" ilə bağlı olub.

İctimai TV-də yayımlanan 3D verilişdə bu dəfə Dadaş Dadaşlinskinin qonağı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov olub.

Baku.ws xəbər verir ki, sabiq təhsil naziri Dadaş Dadaşlinskinin suallarına cavab verib.

Ən diqqət çəkən suallardan biri məktəblərdə yığılan "süpürgə pulu" ilə bağlı olub. Misir Mərdanov məsələyə belə münasibət bildirib:

"O dövrdə də məsələni müxtəlif jurnalistlər, məni istəməyən müəyyən qüvvələrin dəstəyi ilə həddindən artıq qabardırdılar. Müəllimi gözdən salmaq üçün belə addımlar atılırdı. İndi də düşünürəm və eyni fikirdəyəm ki, onların heç birinin ciddi əsası yox idi.

Biz millətimizin gənclərinin talehini müəllimə buraxırıqsa, müəllimin nüfuzunu artırmalıyıq. Müəllimə oldu-olmadı böhtan atmaq, bir müəllim iş görürsə, bunu bütün müəllimlərin adına yaymaq kimi hallar çox olub. Mən belə hallara həmişə qarşı olmuşam".


Misir Mərdanov məktəblərdə yığılan “süpürgə pulu”ndan danışdı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ