1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:12.04.2019 00:40:08

Prosesdə işə mahiyyəti üzrə baxmayan Xətai Rayon Məhkəməsinin qərarı ləğv edilib

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən Nərmin Şahmarzadə barəsində Xətai rayon Məhkəməsinin 22 yanvar tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə Oxu.Az-a vəkil Ramil Rüstəmov məlumat verib.

Onun sözlərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə işə mahiyyəti üzrə baxmayan Xətai Rayon Məhkəməsinin qərarı ləğv edilib:

“Artıq Nərmini təqsirləndirilən şəxs qismində cəlb etdilər və bizi xüsusi ittihamçı kimi tanıdılar. İş Xətai Rayon Məhkəməsində araşdırılacaq”.

Qeyd edək ki, N.Şahmarzadə ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edilsə də, məhkəmə işə baxmaqdan imtina etmişdi.

Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib.

Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquzqat dünya, üçqat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.


Mübariz İbrahimovu tənqid edən Nərmin barədə yeni qərar verildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Huawei” süni intellekt texnologiyaların istifadə olunduğu prosessoru təqdim edib
    “Huawei” şirkəti süni intellekt texnologiyalarının istifadə olunduğu yeni “Ascend 910” prosessorunu və yeni “MindSpore” proqram təminatını təqdim edib.
     23.08.2019
    Yeni
    "Samsung Electronics" avqustun 23-də yeni flaqman smartfonu "Galaxy Note 10"u 70 ölkədə satmağa başlayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ