1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:23.03.2019 01:40:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır.

Nazirliyin mətbuat xidmətindən İslamazeri.com-a verilən məlumata görə, həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara və qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.

Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün əhali də daxil olmaqla bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə etməli, içməli sudan texniki məqsədlər üçün istifadəni məhdudlaşdırmalı və s. addımlar atmalıdırlar.

Qeyd edək ki, hər il martın 22-də Ümumdünya su günü (World Day of Water) qeyd olunur. Bu gün BMT Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən qeyd olunmağa başlanıb. Ümumdünya su ehtiyatları günü haqqında ilk təklif 1992-ci il iyunun 3-14 tarixləri arasında Rio-de-Janeyroda baş tutmuş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) səsləndirilib.

Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Bu məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.

Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir. Respublikanın səth su ehtiyatları əsasən Kür və onun qolları və eyni zamanda birbaşa Xəzərə tökülən Lənkəran təbii zonası və Quba-Xaçmaz zonası çaylarının axımından ibarət olmaqla 30 kub.metr təşkil edir ki, bunun da yalnız üçdə biri yerli sularımızdır.

Azərbaycanın su ehtiyatları ölkənin iqtisadiyyatında böyük rol oynayır. İldə 12 kub.metrdən çox su əhalini, sənayeni, kənd təsərrüfatı və iqtisadiyyatın bir çox sahələrini su ilə təmin etmək məqsədilə çaylardan istifadə üçün götürülür. Kənd təsərrüfatı məhsullları əsasən suvarılan sahələrdə yetişdiyindən götürülən suyun üçdə ikisi suvarmada istifadə olunur.


Nazirlikdən xəbərdarlıq: Su qıtlığı ilə üzləşməmək üçün...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda reallıq: Qumara aludə olan gizir pulemyot və qumbaraları satırmış...
    İsrail Ordusu güclü olduğunu dünyaya yeritsədə, reallıq ordudakı xaos, özbaşnalıq və ruh düşkünlükdən başqa bir şey deyil
     19.07.2019
    İnqilab Keşikçilərinin Baş Komandanı: Səhv edərlərsə strategiyamızı dəyişib - müdafiədən hücuma keçəcəyik
    "İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır."
     19.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ