1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:04.10.2019 21:39:13

O deyib ki, şoumenin bu fikri ilə razı deyil

Dünən keçmiş KVN-çi, tanınmış şoumen, “M Group Production” şirkətinin prezidenti Murad Dadaşovun söylədiyi “Neft mənimdir, sənindir deyənlərə bir sualım var: “Sən bu neft üçün nə etmisən?” fikri vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, məşhurun bu açıqlaması sürətlə sosial şəbəkələrdə yayılıb. İnsanların məsələyə münasibəti də fərqli olub. Onlardan böyük əksəriyyəti şoumenin fikri ilə razılaşmayıb və onu tənqid ediblər.

İslamazeri.com xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə BakuPost-a münasibət bildirib. O deyib ki, şoumenin bu fikri ilə razı deyil:

“Murad müəllimlə şəxsi tanışlığımız var, dostumuzdur. Mənim incəsənət xadimi kimi onun özünə və sənətinə hörmətim var. Ancaq bu məsələdə fikirlərimiz fərqlidir. Bu fikir doğru deyil.

Təbii sərvətlərin hamısı xalqındır. Eləcə də, neft. Təbii sərvətlərdən gələn gəlirlərdə hər kəsin payı var. Ondan gələn gəlir hər bir kəsə düşür. Bilirsiniz ki, neftdən qazanılan gəlir ölkədə müxtəlif istiqamətlərdə istifadə olunur.

Bura silahlı qüvvələrimizin saxlanılması, təhlükəsizliyimizin qorunması, səhiyyə ocaqlarının saxlanılması, təhsil ocaqları, orta məktəblər, ali məktəblərin yaradılması, müxtəlif yenidənqurma və abadlıq işlərinin aparılması, əmək haqlarının, təqaüdlərin verilməsi və xeyli başqa məsələlər aiddir.

Mən bir daha qeyd edirəm: bütün bu işlərdə bütün vətəndaşların iştirakı və payı var. Neft xalqındır!”

Image result for aydın mirzəzadə


“Neft xalqındır” - deputatdan Murad Dadaşova CAVAB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Əli Əkbər Vilayətini Bakıda həbs edin, bizə təhvil verin” - Argentinadan tələb...
    Argentina hökuməti İranın yüksək vəzifəli rəsmisini Bakıya yaxın günlərdə edəcəyi səfər zamanı həbs olunub bu ölkəyə təhvil verilməsi üçün Azərbaycan tərəfinə rəsmi müraciət edib.
     12.11.2019
    Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ