EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.02.2020 10:51:18

Məhkəmə Netanyahunun ilkin dinləmədə iştirak edəcəyini bildirib.

İslamazeri.com voa-ya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun korrupsiya məhkəməsinə mart ayının 17-də, seçkilərdən 2 həftə sonra start veriləcək.

İsrail lideri rüşvət, fırıldaqçılıq və ona göstərilən etimaddan sui-istifadə ittihamları ilə üzləşib. Baş nazir zəngin dostlarından bahalı hədiyyələr alması və mediada pozitiv işılqandırılması müqabilində qaydaların dəyişdirilməsində günahlandırılır.

Məhkəmə Netanyahunun ilkin dinləmədə iştirak edəcəyini bildirib.

İsraildə parlament seçkiləri martın 2-nə təyin edilib. Bu, bir ildən az bir müddətdə keçiriləcək üçüncü seçkilər olacaq.

Daha əvvəlki 2 seçki Netanyahunun daha çox referendumu kimi qələmə verilib, 3-cü səsvemənin də bunlardan fərqlənəcəyi gözlənilmir.

Netanyahu kampaniyası diqqətləri onun korrupsiya ittihamlarından yayındırmağa çalışsa da, baş nazirin əsas rəqibi, sabiq ordu rəhbəri Benni Qantz bu məsələ üzərində az dayanmayıb. O, Netanyahunun baş nazir vəzifəsinə yaramadığını deyib.

Qantz bazar ertəsi günü seçkilərdə qalib gəlsə, ABŞ-ın Demokrat Partiyası ilə əməkdaşlıq edəcəyini bildirib. O, Netanyahunu prezident Trampın Respublikaçılar Partiyasının eksklüziv dəstəyinə görə, hər iki partiya ilə əlaqələrə məhəl qoymamaqda günahandırıb.

Ağ və Mavi Partiyasının lideri Qantz İsraillə ikipartiyalı Amerika ilə münasibətlərinin mühümlüyünü vurğulayıb.

Netanyahu ölkəsindəki millətçi bazasına dəstək verən Trampla yaxın əlaqələrini hər zaman vurğulayır.

Bu yaxınlarda Ağ Evdə prezident Trampla görüş keçirən Qantz deyib ki, ABŞ prezidentinin demokrat və ya respublikaçı olması bizə mühüm deyil.

“Əgər o, Amerika üçün yaxşı prezidentdirsə, İsrail dövlətinə də yaxşı prezident kimi münasibət göstərəcək” - deyə, o əlavə edib.

Gantzın kampaniyası Amerika və əsasən də yəhudi amerikalılarla əlaqələrin yenidən nəzərdən keçirilməsinin İsrailin əsas vəzifəsi olduğunu bildirir.

ABŞ yəhudiləri hər zaman böyük səs çoxluğu ilə demokratları dəstəkləyir.

Gantz korrupsiya ittihamlarını rədd edən və İsrailin ən uzunmüddətli baş naziri Netanyahunun partiyasının parlamentdə yer almamasına çalışır.

Seçkidən öncə keçirilən rəy sorğularına görə, nə Qantz, nə də Netanyahu parlamentdə çoxluq əldə edə bilməyəcək.


Netanyahunun fırıldaqçılıq və ona göstərilən etimaddan sui-istifadə ittihamları ilə məhkəməsi başlayır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020
    Azərbaycanda 17 yeni koronavirus xəstəsi aşkarlandı, 1 nəfər dünyasını dəyişdi
    Azərbaycan Respublikasında 17 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ