EURO 1,9383 NEFT 72,78
USD 1,7 RUB 0,0251
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.02.2018 15:14:07

Ukraynanın Odessa şəhərinin meri Gennadi Truxanov Çexiyadan ezamiyyətdən qayıdarkən Kiyevin "Borispol" hava limanında saxlanılıb.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, mer Ukrayna Milli Antikorrupsiya Bürosunun (MAB) əməkdaşlarına təhvil verilib. G.Truxanov xidməti mövqeyindən sui-istifadə edərək əmlaka israfçılıqda şübhəli bilinir. 

Qeyd edək ki, G.Truxanov keçən ildən etibarən Ukraynada olmayıb, əvvəlcə məziniyyətdə, sonra isə işgüzar ezamiyyətdə olub.

Eyni zamanda, Çexiya hökumətinin nümayəndələri G.Truxanova dəvət göndərilməsi və onunla hər hansı əməkdaşlıq barədə məlumatları təkzib ediblər.

Xatırladaq ki, MAB 2016-cı ilin noyabr ayında Şəhər Şurasının köhnə "Krayan" zavodunun binasını şişirdilmiş qiymətə alınması ilə əlaqədar istintaq başladıb.


Odessa şəhərinin meri Kiyev hava limanında saxlanıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Zərif: İran təzyiq və sanksiya ilə siyasətini dəyişdirmir
    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika rəhbərliyini başqa ölkələrə qarşı hörmətli davranmağa dəvət edib.
     14.08.2018
    Suriyalı kürd heyətin Dəməşqə ikinci səfəri
    Suriyalı kürdlərin nümayəndə heyəti paytaxt Dəməşqə keçirdiyi ilk səfərdən iki həftə sonra ikinci heyət Şama gələrək Suriya rəhbərliyi rəsmiləri ilə görüşüb.
     14.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ