Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:1.07.2022 15:01:41

İyun ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "İslamazeri.com"a verilən məlumata görə, ötən ay 287 müraciətçinin 208-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 79 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 35, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 17, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 88, Türkiyədən 71, Ukraynadan 66, Gürcüstandan 15, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 7, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 42, iqtisadiyyat üzrə 23, tibb üzrə 22, biznesin idarə edilməsi 18, menecment üzrə 14 nəfər müraciətçi qeydə alınıb.


Ötən ay xaricdə təhsil almış 79 nəfərin diplomu tanınmayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəsmi Pekin: Tayvandakı gərginliyin yeganə səbəbkarı ABŞ-dır
    Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian, Tayvan boğazındakı gərginliyə ABŞ-ın səbəb olduğunu bildirərək, "ABŞ tərəfi bunun bütün məsuliyyətini və ciddi nəticələrini öz üzərinə götürməlidir", - deyib.
     9.08.2022
    Biləsuvarda 3 kəndin elektrik şəbəkəsi yenidən qurulur
    İşlərə başlanan gündən indiyə qədər kəndlərdə 10 ədəd komplekt transformator məntəqəsi tikilib, 196 ədəd 10 kV-luq, 1000 ədəddən çox 0,4 kV-luq elektrik xəttini daşıyacaq dirəklər basdırılıb.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ