EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.07.2018 16:03:38

Səudiyyə Ərəbistanından olan 2 gənc öz canlarından keçərək suda boğulan uşaqları xilas ediblər.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanından olan 2 tələbə  öz canları bahasına çayda boğulan uşaqları xilas etmələri ilə ABŞ-da qəhrəmana çevriliblər.

Faciə müsəlmanlar üçün müqəddəs olan cümə günü - iyunun 29-u Teb əl-Yami (27 yaş) və Cazer əl-Raka (25 yaş) təlaş içərisində Çikopi çayının axının apardığı uşaqlarını səsləyən ananı görən zaman baş verib. Gənclər düşünmədən suya atılıblar.

Müsəlman cavanlar  uşaqları xilas edə biliblər, amma güclənmiş axın səbəbi ilə sudan çıxa bilməyiblər. Onların cəsədləri bir neçə gün xilasedicilər tərəfindən aşkarlanıb.

Məlum olub ki, Teb və Cazer qohumdurlar və ABŞ-da inşaat və mühəndislik üzrə təhsil alırdılar.

ABŞ Dövlət Departamenti qəhrəmancasına dünyalarını dəyişən müsəlmanların yaxınlarına başsağlığı verib. Rəsmi bəyanatda qeyd edilir ki, onların cəsurluğu xarici tələbələrdə olan bütün yaxşılıqların təcəssümüdür.

“ABŞ Teb əl-Yami və Cazer əl-Rakanın Massaçusetsdəki faciəvi ölümləri ilə bağlı olaraq onların ailə və dostlarına başsığlığı verir. Gənclər cəsuranə şəkildə uşaqları xilas edərkən, boğularaq həyatlarını itiriblər.”, - deyə bəyanatda deyilir.


Öz canları bahasına uşaqları xilas edən müsəlmanlar ABŞ-da qəhrəmana çevrildilər - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu
    “700 bal topladığımı biləndə inanmadım”.
     21.07.2018
    Çin: İrana qarşı olan birtərəfli sanksiyaların qəti əleyhinəyik
    Çin Ticarət Nazirliyi Pekin rəhbərliyinin İrana tətbiq ediləcək birtərəfli sanksiyalara qarşı olduğunu, İran ilə əməkdaşlığa davam edəcəklərini açıqlayıb.
     21.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ