Pakistan Demokratik Hərəkatında (PDM) toplaşan 10 müxalifət partiyası İslamabadda Seçki Komissiyasının Baş qərargahı qarşısında aksiya keçirib.

İslamazeri.com az.shafaqna.com-a istinadla xəbər verir ki, Pakistanın müxalifət partiyaları ölkənin baş naziri İmran xanın lideri olduğu Pakistan Ədalət Hərəkatına (PTI) qarşı aparılan araşdırmaların 6 ildir uzadılmasına etiraz ediblər.
Pakistan Müsəlman Birliyinin (PML) sədr müavini Məryam Navaz deyib ki, Seçki Komissiyasının nəzarəti altında xaricdən maaliyyələşmə məsələsinə 6 ildir baxılır və bu müddətin daha da uzadılması yolverilməzdir.
“Xaricdən maaliyyələşmə məsələsi Pakistanda ən ciddi qalmaqaldır. Xan partiya fondları bəhanəsi ilə milyonlar toplayıb”, - Navaz bildirib.
O həmçinin qeyd edib ki, Xan yardım fondlarının vəsaitlərini şəxsi ehtiyaclarına xərcləyib.
Pakistan müxalifəti: Xan partiya fondları bəhanəsi ilə milyonlar toplayıb