1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:30.09.2019 11:03:40

Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktını təsdiqləyib.

Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktını təsdiqləyib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Quliyev Eşqin Zahid oğlu Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəliklər müəyyən edilib: “O, müəssisədə intensiv müalicə kursu keçib. Bütün müalicə tədbirlərinə baxmayaraq, Eşqin Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində İİV infeksiyası (4-cü mərhələ), Viruslu Hepatit C, Anemiya, Baş-beyin ödəmi, Dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozları ilə vəfat edib”.

Mehman Sadıqov qeyd edib ki, hazırda prokurorluq tərəfindən məhkumun meyiti ekspertizadan keçirilir: “Hazırda E.Qulieyin meyiti prokurorluq tərəfindən məhkəmə tibbi ekspertizadan keçirilir, daha sonra məhkumun meyiti yaxınlarına təhvil veriləcək”.

 Qeyd edək ki, E.Quliyev “Gəncə hadisələri” zamanı həbs olunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

Penitensiar Xidmət Gəncə hadisələrinə görə həbs olunmuş Eşqin Quliyevin vəfatının səbəbini açıqlayıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu gedir; İsrail nazirlər kabinetini quracaq Benni Qants kimdir?
    İsrail prezidenti Nazirlər kabinetinin qurulmasını həvalə etmək qərarına gəlib
     23.10.2019
    Trampın ticarət məsələləri üzrə müşaviri istefa verib
    ABŞ prezidenti Donald Trampın ticarət məsələləri üzrə müşaviri Kelli Enn Şou vəzifəsindən istefa verib.
     23.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ