Peskov Fransa və İngiltərənin nüvə silahı potensialını dəyərləndirib

Peskov Fransa və İngiltərənin nüvə silahı potensialını dəyərləndirib
Yayınlanma tarixi: 4/21/2023 11:23:50 AM

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Fransa və İngiltərənin nüvə silahı arsenalının əslində Amerika Birləşmiş Ştatlarının nəzarətində olduğunu bildirib.

İslamazeri.com xəbər verir ki, Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Fransa və İngiltərənin nüvə silahı arsenalının əslində Amerika Birləşmiş Ştatlarının nəzarətində olduğunu bildirib.
Jurnalistlərə bəyanatlar verən Dmitri Peskov Fransanın nüvə silahların azaldılması ilə bağlı mövqeyini qiymətləndirib.
"Əlbəttə, həm Fransa, həm də İngiltərənin nüvə arsenalları əslində ABŞ-ın nəzarəti altındadır. Ona görə də bu iki ölkənin nüvə potensialını nəzərə almadan ABŞ ilə danışmaq tamamilə mənasızdır'',-deyə Rusiya Prezidentinin sözçüsü qeyd edib.
Dmitri Peskov Fransa və İngiltərənin NATO sisteminin bir hissəsi olduğunu bildirib.
Ukraynanın NATO-ya daxil olmasının qarşısının alınması məsələsinə toxunan Dmitri Peskov bunun Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyatın” məqsədlərindən biri olduğunu vurğulayaraq deyib:''Əks halda bu, ölkəmizin təhlükəsizliyinə ciddi təhlükə yaradacaq”.

 

GÜNÜN MANŞETLERİ

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib
DÜNYA / SİYASƏT

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib

6/12/2026 5:34:01 PM
Azərbaycanda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Azərbaycanda zəlzələ olub

6/12/2026 3:28:35 PM
Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM
Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

6/12/2026 1:31:46 PM