Peskov: NATO bizə düşmən təşkilatdır

Peskov: NATO bizə düşmən təşkilatdır
Yayınlanma tarixi: 15.02.2023 10:30:47

Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov NATO-nun Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirakını davam etdirdiyini bildirərək deyib...

İslamazeri.com xəbər verir ki, Rusiya Prezident Aparatının sözçüsü Dmitri Peskov NATO-nun Rusiya ilə Ukrayna arasındakı münaqişədə iştirakını davam etdirdiyini bildirərək “NATO bizə düşmən olan bir təşkilatdır və üzvləri hər gün düşmənliklərini bir daha təsdiqləyirlər” dedi.

  D.Peskov paytaxt Moskvada gündəmə bağlı qiymətləndirmələr edərək söyləyib: “NATO Ukraynada fevralın 24-dən bəri davam edən münaqişələrdə iştirak etdiyini göstərir. Bizə düşmən olan bu təşkilatın ölkələri Ukraynadakı münaqişələrdə iştiraklarını göstərmək üçün əllərindən gələni edərək hər gün düşmənliklərini bir daha təsdiq edirlər”.

GÜNÜN MANŞETLERİ