EURO 1,9314 NEFT 60,39
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.05.2018 13:29:44

Prokuror çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Ələt postunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası mayın 18-nə təyin edilib.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.

İttihama görə, o, Eldar Hənifəyevi işə düzəltmək adı ilə 185 min manat pulunu mənimsəməkdə ittiham olunur. O, həmin məbləğin 35 min manatını zərərçəkmişə qaytarıb.

F.Məmmədxanov Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə ittiham edilir.

O, həbs edilməmişdən əvvəl DİN orqanlarından xaric edilib.


Prokuror dələduzluqda təqsirləndirilən sabiq polis polkovnikinə cəza istəyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Apellyasiya Məhkəməsi  şəhid oğlunun həbs müddətini azaldıb
    Ötən gün Bakı Apellyasiya Məhkəməsində Toğrul Hacıyevin inzibati həbsindən şikayətinə baxılıb.
     15.12.2018
    İlham Əliyev general rütbələri verdi
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
     15.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ