EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.04.2017 11:25:45

Rusiya Prezidenti Vladimir Putin Suriyanın Şayrat bazasına endirilən zərbələrə münasibət bildirib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın endirdiyi məlum zərbələri uydurma bəhanə ilə müstəqil dövlətə qarşı aqressiya və beynəlxalq hüquq normalarının pozuntusu hesab edir. Bu haqda Prezidentin mətbuat katibi Dmitriy Peskov açıqlama verib.

Onun sözlərinə görə, “Suriya ordusunun kimyəvi silah ehtiyyatı yoxdur”. “Suriya Silahlı Qüvvələrinə aid kimyəvi silahların hamısının məhv edilməsi faktı Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı tərəfindən qeyd edilərək, təsdiqlənib.”, - deyə o xatırladıb.

Üstəlik, Putinin fikrincə, terrorçular tərəfindən kimyəvi silahın istifadəsi faktının tam şəkildə qulaqardı edilməsi vəziyəti yalnız daha da şiddətləndirir.”, - deyə Peskov qeyd edib.

Bundan başqa, Putinin fikrinə əsasən, ABŞ Suriyaya endirdiyi zərbə ilə dünya ictimaiyyətinin fikrini İraqda dinc insanlar arasında çox saylı qurbanların olması faktından yayındırmaq istəyir.

Qeyd edək ki, bu gün gecə saatlarında ABŞ Prezidenti Donald Trampın əmri ilə Şayrat aerodromuna qanadlı raket zərbələri endirilib. Bəzi məlumatlara əsasən, hadisə nəticəsində 4 suriyalı hərbçi həlak olub.

HƏMÇİNİN BAX: ABŞ Suriya hərbi bazasına zərbə endirdi, nə baş verir? - TƏHLİL


Putin ABŞ-ın Suriyada hərbi bazanı bombalamasına münasibət bildirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ