1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:09.05.2020 04:06:54

Kremlin Mətbuat Xidməti tərəfindən yayılmış təbrikdə Pribaltika ölkələrinin xalqları qeyd edilməyib

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna vətəndaşlarını təbrik edib.

“Report”un Rusiya bürosu xəbər verir ki, Kremlin Mətbuat Xidməti tərəfindən yayılmış təbrikdə faşizm üzərində qələbə qazanmaq üçün ön cəbhədə rəşadət, arxa cəbhədə fədakarlıq göstərənlərin bütün sadalanan ölkələrdə əziz xatirələrinin hörmət və ehtiramla yad edildiyi bildirilir.

Həmçinin Böyük Vətən Müharibəsinin tarixini təhrif etməyə, nasistlərin və onların dəstəkçilərinin törətdiyi bəşəriyyətə qarşı cinayətlərə bəraət qazandırmağa yönələn bütün cəhdlərin qarşısını almağın vacibliyi də qeyd edilir.

Qəhrəmanların xatirəsi sayəsində sadalanan ölkələr arasında konstruktiv əməkdaşlığın, həmçinin koronavirus pandemiyası və başqa təhlükələri dəf etmək üçün birgə səylərin daha da səmərəli olacağı diqqətə çatdırılır.


Putin Pribaltika ölkələri istisna olmaqla keçmiş SSRİ xalqlarını təbrik etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Nəfəs ala bilmirik” şüarı məzlumların şüarı idi - Ayətullah Xamenei
    "Nəfəs ala bilmirik” şüarı zülm altında olan bütün xalqların ürəyinin sözü idi. "
     04.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ