BAKIDA MÖVLUD MƏRASİMİ

Kateqoriya: FOTO REPORTAJ

Yayınlanma tarixi: 22.11.2019 18:24:26

BAKIDA MÖVLUD MƏRASİMİ

BAKIDA MÖVLUD MƏRASİMİ

Bakıda İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu keçirildi

İslamazeri.com xəbər verir ki, bu gün, paytaxt Bakı şəhərində, məşhur mərasim zallarından birində İçərişəhər Cümə məscidi və "Kral" ət və ət məhsulları şirkətinin təşəbbüs və təşkilatçılığı, maddi və mənəvi dəstəkləri ilə əziz İslam peyğəmbəri həzrəti Məhəmməd (s) və onun əziz nəvəzi həzrəti İmam Cəfər Sadiqin (ə) mövlud məsclisi keçirilib.

Tədbir, Azərbaycan Respulikasının himninin birgə oxunması və müqəddəs Qurani Kərimin tilavəti ilə başlayıb. Daha sonra İçərişəhər Cümə məscidinin axundu ilahiyyatçı-alim Hacı Surxay Məmmədov açılış nitqi edərək, qonaqları mövlud münasibəti ilə təbrik edib. O cümlədən də, tədbirə dəstək verən “Kral” ət və ət məhsulları şirkətinin direktoru Yavuz Həsənov da, öz növbəsində, qonaqları salamlayıb.

Tədbirdə ilahiyyatçı-alimlər Hacı Zülfüqar Mikayılzadə, Hacı Eldayaq Hüseynov çıxış etdilər.

Məclisdə incəsənət xadimləri və məddahlardan “Natiq Ritm Qrupu”, Hacı Ceyhun Müəzzin, Hacı Rəşad, Hacı Elşən Xəzər, İzzət Bağırov və digərləri ifalar ediblər.

Keçirilən sual-cavab yarışında isə, düzgün cavabı səsləndirmiş şəxsə Kərbəla ziyarəti hədiyyə edilib.

Sonda isə tədbir Hacı Surxay Məmmədlinin çıxışı ilə bitib.

Qeyd edək ki, İçərişəhər məscidi və “Kral” şirkəti artıq ikinci ildir ki, "Vəhdət Həftəsi" - Hz. Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud tədbirini keçirir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İRANDA ETİRAZ VƏ İĞTİŞAŞLAR
    İslamazeri.com xəbər verir ki, İranda benzinin qiymətinin bahalaşmasına cümə günündən sonra etirazlar başlayıb
     18.11.2019 10:35:28
    ABŞ SƏFİRLİYİNİN TEHRANDAKI KEÇMİŞ BİNASI
    İslamazeri.com "Mehr" agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın İrandakı keçmiş səfirlik binasının divarlarına müxtəlif rəssamların əl işləri çəkilib. Tədbirə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı General Hüseyn Səlami də gəlib.
     02.11.2019 19:37:18

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ