1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:20.07.2019 14:27:40

Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.

Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.

İslamazeri.com baku.tv-yə istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda polislər paytaxtda dilənçilik edən qaraçılara qarşı reyd keçirib.

Xalası ilə birlikdə bölməyə gətirilən azyaşlı qaraçı qızı istismara məruz qaldığını gizlədə bilməyib. Adının Fatimə olduğunu deyən uşaq gündəlik salfet satmaqla qazandığı pulu anasına aparır.

Azyaşlının xalası, adının Əfsanə olduğunu deyən qadın da qaraçıdır. Ondan uşaq əməyini niyə istismar etdiyini soruşduqda isə cavabı belə olub:

“İmkanım yoxdur, nə edim? Bunu xoşumuza gəlir deyə etmirik, məcburuq, çörəyimiz buradan çıxır”.

Fatimə məktəbə getmədiyini desə də, xalası bunu inkar edib.

Daxili İşlər Nazirliyindən isə bildirilir ki, yalnız qaraçılar deyil, ümumiyyətlə, dilənçilərin şəhər küçələrində olmasına icazə verilmir. Onların kimliyi, yaşadıqları yer polis məntəqələrində müəyyənləşdirilir və onlar evlərinə göndərilir.

Bəzən polis əməkdaşları öz hesablarına avtobus tutur, qaraçıları yaşadıqları rayonlara, əsasən isə məskunlaşdıqları Yevlaxa yola salırlar.


Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ