EURO 1,9105 TRY 0,2915
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:20.03.2019 13:28:30

Ruhani Hacı Abgül Süleymanov İslamazeri.com ilə əlaqə saxlayaraq Rəcəb ayı haqqında tövsiyyələrini bildirib

"Bağışlayan və Mehriban Allahın adı ilə
Rəcəb ayı mübarək aylardandır və mənəvi yolun yolçularının il ərzində ilk ayı hesab olunur. Bu ayda əməllərə xüsusi diqqət ayırmalıyıq. Xüsusən də bacardıqca həftənin 1 və 4-cü günləri oruc tutmaq hədislərdə bəyənilən əməllərdəndir.
Qarşıdan “Əyyami Beyz” gəlir. “Beyz” kəlməsinin lüğətdə mənası ağ və parıltılı deməkdir. Rəvayətə əsasən, Adəm (ə) meyvədən yedikdən sonra bədəni qaralır və Mütəal Allah bunun aradan getməsi üçün ona Rəcəb ayının 13, 14 və 15-ci günlərini oruc tutmasını bildirir. Hər gün bədəninin bir qismi ağarır və 3 günün tamamında bədəni öz halına qayıdır.
Bu günlərdən çalışıb maksimum surətdə istifadə etməliyik. Xüsusilə imkan daxilində böyük ibadətlərdən olan etikafı icra etməliyik. Etikaf bəzi vacib əməllər kimi asılı əməllərdən deyil, müstəqil əməl hesab olunur. Etikafda mömin şəxs şəhərin ümumi məscidinə daxil olub, 3 gün ibadətlə məşğul olur. Dəstəmazsız namaz olmadığı kimi orucsuz etikafın da bir mənası yoxdur.
Əziz mömin və möminələr bu ayda oxunan dualara da xüsusi diqqət ayırsınlar. Gündəlik oxunan duaların tərcümələri barəsində təfəkkür etsinlər. İmam Sadiqdən (ə) nəql olunan duada Allaha bu cür xitab edirik:
“Ey hər bir xeyirdə ümid bəslədiyim və qəzəbindən amanda qalmaq üçün çalışdığım varlıq!
Ey azın müqabilində çox nemət əta edən! Ey tələb edənlərə (istəklərini) verən və tələb etməyən və Səni tanımayanlara belə Öz rəhmətinə və mehribanlığına görə (ehtiyaclarını) əta edən!”
Allahımız belə varlıqdır. Çalışaq bu mübarək ayda dualarımızı xalis və həyatımzın məcrasını ilahi kamallara doğru dəyişəcək dualardan edək!"

 

Həmçinin BU XƏBƏRƏ BAXIN - Hacı Abgül - Bayram təbriki - VİDEO

 


Qarşıdan “Əyyami Beyz” gəlir - Ruhanidən tövsiyələr

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Səudiyyədə təşkil edilən hücumun məsuliyyətini öz üzərinə götürdü
    Təşkilatın "Amaq" xəbər saytı bir açıqlama verərək, sözügedən terror hücumunu Səudiyyə Ərəbistanı torpaqlarında təşkilatın 4 üzvünün reallaşdırdığını bildirib.
     23.04.2019
    Maaşlarımızdan nə qədər pul tutulacaq? - YENİLİKLƏR
    Sadələşdirilmiş verginin dərəcəsi 2 dəfəyədək aşağı salındı.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ