1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:11.11.2019 17:47:37

Qazaxda toy karvanında odlu silahdan havaya atəş şəxsin kimliyi müəyyənləşib.

Qazaxda toy karvanında odlu silahdan havaya atəş şəxsin kimliyi müəyyənləşib.

İslamazeri.com-un məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, məlum görüntülər sosial şəbəkələrdə yayılandan dərhal sonra polis tərəfindən araşdırma aparılıb. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşib.

Qazax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində toy karvanında ov tüfəngindən havaya atəş açan Ağstafa rayon sakini, 25 yaşlı Orxan Əlizadə saxlanılıb. Ondan hadisədə istifadə etdiyi ov tüfəngi götürülüb.

O.Mansurzadə qeyd edib ki, hazırda Qazax RPŞ-də araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.

APA-nın əldə etdiyi xəbərə görə, O.Əlizadə əsgər yoldaşı Vələd Yusifovun toy mərasiminə gedibmiş. Hadisə zamanı istifadə olunan silah isə O.Əlizadənin atasına məxsus olub.


Qazaxda toy karvanında silahdan atəş açan şəxs tutulub - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti - VİDEO HEKAYƏ
    “Shafaqna Azərbaycanca”nın layihəsi “Kərbəlada Əhlibeytə üç başlı ox atan Hərmələnin aqibəti” adlı videonu təqdim edirik.
     23.09.2020
    Bəhreynlilər ölkələrinin İsraillə yaxınlaşmasına etiraz etdi - VİDEO
    Etirazçılar “Normallaşma - xəyanətdir” kimi şüarlar səsləndiriblər.
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ