1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.08.2019 14:00:25

Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir

İslamazeri.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 23-də Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfərə yola düşüb.

İdarədən bildirilib ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının daxil olduğu Azərbaycandan Qroznıya səfər edən nümayəndə heyətimiz burada Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimlərdə iştirak edəcək. Çeçenistanda keçiriləcək tədbirlər sırasında Ramzan Kadırovun adını daşıyacaq yeni məscid binasının açılışı baş tutacaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə avqust 22-də Bakı şəhərində keçirilmiş "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı Konfransda iştirak etmiş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif Useymin də Azərbaycan nümayəndə heyəti ilə bərabər Qroznıya səfərdə iştirak edir.


QMİ sədri Çeçenistana gedib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayn al Asad bazasında yaralılar olduğunu etiraf edən ABŞ, sabah öldüklərini də etiraf edəcək - General Hacızadə
    "Bütün islami ölkələr və müqavimət mehvəri amerikalı qüvvələrin bölgədən çıxarılmaları üçün müttəfiq olmalıdırlar."
     16.02.2020
    ABŞ Ordusu Əfqanıstanda 1 uşaq olmaqla 8 mülki vətəndaşı qətlə yetirdi
    Hücum ABŞ-ın sülh danışıqlarında irəliləyiş olduğunu deməsindən sonra baş verib.
     16.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ