EURO 1,9978 NEFT 78,86
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:9.05.2018 22:20:26

İslam Respublikasının böyük din alimlərindən olan Ayətullah Cavad Amuli ABŞ prezidentinin İranla nüvə sazişindən çəkilməsinə münasibət bildirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam Respublikasının böyük din alimlərindən olan Ayətullah Cavad Amuli ABŞ prezidentinin İranla nüvə sazişindən çəkilməsinə münasibət bildirib.

O Qurani-Kərimin təfsiri dəsrsində bu məsələyə toxunaraq insanların verdiyi sözün üstündə durmasının vacibliyini bildirərək, İslamın bu məsələyə böyük önəm verdiyini deyib.

"Qurani Kərimdə qarşı tərəfin razılışmanı ləğv etmədiyi halda, sizin də razılaşmaları yerinə yetirməyinizin vacib olduğu bildirilir. Fəqət düşmən əhdini pozduğu zaman artıq durum dəyişir", -deyə Ayətullah Cavad Amuli qeyd edib.

ABŞ-ın nüvə razılaşmasını pozmasıyla beynəlxalq aləmdə öz etibarını itirdiyini qeyd edən Ayətullah Cavad Amuli "İmam Hüseynin (ə) Aşura günündə "dininiz yoxdursa azad insanlar kimi olun" demişdi. Bu o deməkdir ki, ey Tramp! Kafir olsan belə sözünə əməl et!", -deyə bildirib.

Böyük İslam alimi Trampın xristian olmasıyla bağlı iddialarını yalan adlandıraraq, onun heç bir dinə bağlı olmadığını deyib.

"Razılaşmada verilən sözü tutmaq insanlıq qanunlarındandır. Bunun din və ya məzhəblə əlaqəsi yoxdur. Mən o vaxt demişdim ki, XİN rəhbəri Dr. Zərifə "Amerikalı rəsmilərlə əl ilə görüşən zaman belə, barmaqlarını sayın." Bu bir zarafat deyil, həqiqətdir.", -deyə  İslam Respublikasının böyük din alimlərindən olan Ayətullah Cavad Amuli önə çəkib.

Qeyd edək ki, İmam Xomeyninin xüsusi məktubunu SSRİ-nin son rəhbəri Mixail Qorbaçova məhz Ayətullah Cavad Amuli aparmışdı. Məktubda SSRİ-nin dağılması və başqa açıqlamalar sonradan geniş müzakirələrə səbəb olmuşdu.


Qorbaçova SSRİ-nin dağılma məktubunu aparan Ayətullahdan Trampa mesaj

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vilayəti İranın Avropadan təzminat tələb edəcəyindən danışdı
    İran İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Avropanın nvə sazişilə bağlı təzadlı açıqlamalarına görə İran tərəfindən təzminat tələb ediləcəyini bildirib
     21.05.2018
    Tbilisi bu gün - FOTO
    İslamazeri.com-un bu gün, 21 may 2018-də Tbilisidən hazırladığı kiçik fotoreportaj
     21.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ