EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:09.05.2019 03:12:11

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tarixi XII əsrə söykənən Qoşa Qala qapılarının bərpasına başlayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tarixi XII əsrə söykənən Qoşa Qala qapılarının bərpasına başlayıb.

İdarədən İslamazeri.com-a verilən məlumata görə, Qoşa Qala qapılarında aparılan bərpa-konservasiya işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir. Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həm də Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Bərpa və konservasiya işləri öncə Qala divarlarının daxili hissəsindən başlanıb: "Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır. “İçərişəhər” DTMQİ ictimaiyyətin nəzərinə çatdırır ki, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib.

Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə Qoruq İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib. Təbiidir ki, inşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə zaman keçdikcə xarici qüvvələrin təsiri altında zədələnir və daşlar aşınmaya məruz qalır. Bununla bağlı olaraq Qoruq İdarəsi başladığı missiyanı uğurla davam etdirərək hazırda İçərişəhərin simvollarından biri olan, tarixi XII əsrə söykənən Qoşa Qala qapılarını bərpa etdirir", - məlumatda qeyd olunub.


Qoşa Qala qapıları bərpa edilir - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Eldar Mahmudovun gəlini Azərbaycandan pul tələb edir
    Beynəlxalq Bankla bağlı mənimsəmələrdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun gəlini Leyla Mahmudovanın da adı hallanır.
     15.07.2019
    HƏMAS sionist əsgərlərdən kəşfiyyat toplayır
    İsrail mediası HƏMAS hərəkatının sionist əsgərlərdən kəşfiyyat topladığının ortaya çıxdığını bildirib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ