EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.10.2019 21:59:33

Qurban Cəbrayıl: “Qarabağ həqiqətlərini dünyaya car çəkən bu nüfuzlu quruma üzvlüyümüzdə İran İslam Respublikasının da rolu var”

“BMT-dən sonra dünyada ən böyük siyasi platforma olan Qoşulmama Hərəkatının əhəmiyyəti ilk növbədə təkqütblü dünya düzəninə, qloballaşmaya müqavimət, sülh, dialoq mühiti formalaşdırmaq, çoxtərəfli əməkdaşlıq şəraitini genişləndirmək, beynəlxalq gərginliyi azaltmaqdan ibarətdir.”

“Qələm” Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl Bakının evsahibliyi etdiyi növbəti nüfuzlu tədbir - Qoşulmama Hərəkatının XVIII sammitini şərh edərkən belə deyib. O, həm də növbəti üç il – 2020-2023-cü illərin Azərbaycanın bu beynəlxalq təşkilata sədrliyi ilə əlamətdar olacağını, mötəbər və obyektiv tribunadan taleyüklü məsələlərimizi, başlıcası da Dağlıq Qarabağ problemini səsləndirmək və ədalətli həllini reallaşdırmaq üçün imkanlar açıldığını vurğulayıb: “Oktyabrn 23-də Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə dövlət və hökumət başçılarının 18-ci Zirvə görüşünə hazırlıq toplantısına sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edildi. Xarici işlər nazirinin müavini Ramiz Həsənovun mətbuata verdiyi məlumata görə, artıq 158 ölkə və beynəlxalq təşkilat Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitinə qatılacağını təsdiqləyib. Onların sırasında dövlət başçıları, nazirlər və böyük təşkilatların rəhbərləri var. 25-26 oktyabr tarixlərində keçiriləcək sammit zamanı 4 əsas sənədin qəbulu gözlənilir. Əsas sənəd sammitin yekun bəyannaməsidir. Eyni zamanda Bakı Siyasi Bəyannaməsi, XİN başçılarının Fələstin üzrə bəyannaməsinin də imzalanacağı gözlənilir. Və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Zirvə görüşünün yekun sənədində ayrıca bəndlə qeyd olunacaq”.

Müsahibimiz beynəlxalq qurumun tarixi, təsis zərurəti və məqsədləri barədə də qısa məlumat verib: “QH ilk öncə bir təşkilat kimi 1953-cı ildə formalaşıb və sonra hərəkata çevrilib. “Qoşulmama” adı isə BMT tərəfindən verilib. Soyuq müharibədən kənarda qalmaq məqsədilə yaradılan Hərəkatın qurucuları Yuqoslaviadan olan sosialist Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumahdır. Hazırda sıralarında 120 üzv, 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat fəaliyyət göstərir. Bildiyiniz kimi, ötən əsrin səksəninci illərinin ortalarından etibarən soyuq müharibənin buzları əriməyə başladı. 90-cı illərin əvvəllərində SSRİ dağıldı, Varşava Müqaviləsi Təşkilatı özünü buraxdı. Belə fikir və gözlənti ortaya çıxdı ki, NATO da analoji addımı atacaq, dünyadakı qütbləşmə sona çatacaq. Lakin Şimali Atlantika Alyansı özünü buraxmaq deyil, Şərqə doğru genişlənmək, daha dəqiq, planetə hökmranlıq xətti tutdu. Şərqdən buna müqavimət, okeanın o tayında məlum qüvvələrin hakimiyyətə gəlməsi, mason-sionist lojasının dünyanın siyasi xəritəsini öz iştahalarına uyğun çəkmək cəhdləri yenidən nəinki soyuq, hətta qaynar, qanlı müharibələrlə nəticələndi. ABŞ-ın Suriyanı, Səudiyyə Ərəbistanının Yəməni viran qoyması, Venesuelanı, İranı münaqişələrə cəlb etmək kimi məkrli planlar, superjandarmın Rusiya və Çinlə dartışması beynəlxalq münasibətləri gərginləşdirib. Belə baxanda, indi Qoşulmama Hərəkatının ağsaqqallığına əvvəlki dövrlərdən xeyli artıq ehtiyac duyulur”.

Qurban Cəbrayil QH-də Azərbaycanın yeri, mövqeyi və rəhbərliyində olacağı 3 il ərzində həllini gözləyən prioritet məsələləri də açıqlayıb: “Ölkəmiz 26 may 2011-ci il tarixdə Hərəkata üzv dövlətlərin yekdil dəstəyini qazanaraq, QH-yə tam hüquqlu üzv seçilib. Müxtəlif səviyyəli iclas və konfranslarda iştirak, üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla Hərəkatın məqsəd və prinsiplərinə öz töhfəsini verir. 2012-ci ilin 9-10 mayında Misirin Şarm əş-Şeyx şəhərində Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində toplantısı keçirilib. İclasın məzmunca əhatəli hazırlanmış Yekun Sənədinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də salınıb. Xarici İşlər Nazirliyimizin o zaman yaydığı bəyanatdan bilinirdi ki, Yekun Sənədin 382-ci maddəsində Ermənistan və Azərbaycan arasında münaqişənin dövlətlərin ərazi bütövlüyünə hörmət, ərazi bütövlüyünə qarşı güc tətbiq etməmək və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək ifadə olunub. Həmin bənddə münaqişənin tənzimlənməsi üçün əsas təşkil edəcək məlum prinsiplərin qeydi ilə yanaşı, 120 ölkənin münaqişənin məhz Ermənistan və Azərbaycan arasında olmasını təsbitləməsi çox əlamətdardır”.

Həmsöhbətimiz Hərəkatdakı dost və əməkdaş dövlətlərin, üsusən də İran İslam Respublikasının haqq səsimizə dəstəyi barədə bir neçə kəlmə danışıb: “Məlumdur ki, bütün böhtanlara, qarayaxmalara, aravurmalara baxmayaraq, rəsmi Tehran təkcə QH deyil, BMT, İKT digər beynəlxalq qurumların kürsülərindən də taleyüklü müşküllərimiz, eləcə də Qarabağla əlaqədar köməyini əsirgəmir. Elə sabahkı tədbirlərə də prezident başda olmaqla böyük bir nümayəndə heyəti ilə qatılıblar – cənab Həsən Ruhani, Cavad Zərif pcənab rezident İlham əliyev tərəfindən qəbul olunub, fikir mübadiləsi aparılıb. İran ölkəmizin QH-yə daxil olmasına təkan verib. Elə yuxarıda toxunduğum Şarm əş-Şeyx müzakirəsində həmin bəndin razılaşdırılması heç də asan başa gəlməmişdi. Ermənistan tərəfi QH-dəki müşahidəçi statusundan sui-istifadə edərək, bəndin sənədə salınmasının qarşısını almağa, bu mümkün olmadıqda isə onu öz marağına uyğun dəyişdirməyə çalışırmış. Bununla belə, İranın yaxından köməyi və başqa üzv dövlətlərlə müvafiq iş nəticəsində sözügedən bənd Yekun Sənəddə öz əksini tapıb.

Bundan başqa, 2012-ci ilin 30-31 avqust tarixlərində Tehran şəhərində QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşündə ölkəmiz Avropa regional qrupunu təmsil etməklə Əlaqələndirmə Bürosunun sədr müavini seçilib. Sammitin Yekun Sənədin 391-ci maddəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Nazirlər görüşündə bir addım da irəli gedərək münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllinə dəstək ifadə edilib. Sammit ilə bağlı başqa bir əlamətdar hal odur ki, adıçəkilən bəndə daha əvvəl maneəçilik törədən bir sıra QH üzvləri qarşı çıxmalarını dayandırmış, hətta bəndin qəbuluna aktiv dəstək vermişlər”.

Qoşulmama Hərəkatınına rəhbərliyimiz - Bölgədə və dünyada sülhə böyük töhfələr verə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ