EURO 1,915 TRY 0,2483
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:19.02.2020 21:04:22

Rusiya İdlibdə hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.

Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə ordusunun İdlibdə hərbi əməliyyatlara başlaya biləcəyi ilə bağlı fikirlərinə münasibət bildirib.

İslamazeri.com TASS-a istinadən xəbər verir ki,  D. Peskov Türkiyənin Suriyaya qarşı mümkün hərbi əməliyyatlarını İdlibdə hadisələrin inkişafı baxımından ən pis ssenari adlandırıb. 

Kreml sözcüsünün sözlərinə görə, İdlibdən döyüşçülərin hücum hərəkəti başladıqdan sonra, Suriya üzrə razılaşmalar Rusiyanı artıq qane etmir. Rusiya İdlibdə vəziyyətin gərginləşməsinə yol verməmək üçün Türkiyə tərəfi ilə danışıqları davam etdirəcək.

"Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında aparılan danışıqlarda nəticə əldə edilməyib. Moskvada aparılan danışıqlarda Rusiya Türkiyəyə qarşı yeni bir tələb irəli sürməyib", - deyə Peskov qeyd edib.

Bu arada Ərdoğan AKP-nin iclaslarının birində İdliblə bağlı mesja verib. O bildirib ki, nəticəni əldə edə bilmədik

"Təəssüflər olsun ki, indiyə qədər istədiyimiz nəticəni əldə edə bilməmişik. Ona görə də son xəbərdarlığımızı edirik. Türkiyə İdlib məsələsində özünün planını həyata keçirmək üçün bütün hazırlıqlarını görüb. Bir gecə gələ bilərik. Başqa sözlə desəm, İdlibdə əməliyyatlar hər an başlaya bilər", - Ərdoğan əlavə edib.


Ərdoğan bildirir ki, "İdlib əməliyyatı başlaya bilər", Kreml "ən pis ssenaridir" deyir...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
    Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.
     02.07.2020
     Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ