EURO 1,8528 TRY 0,2616
USD 1,7 RUB 0,0208
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:25.02.2020 11:50:46

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir.

İslamazeri.com xəbər verir ki, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri məlumat verib. 

Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast gəldiyi üçün təəssüf hissi keçirdiyini bildirib və bu cür halın qəbuledilməz olduğunu vurğulayıb: "Görünür ki, Azərbaycana uçuşlar həyata keçirən “Fly Dubai” ölkəmizin maraqlarını nəzərə almır. Ermənistan 30 ilə yaxındır ki, Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayır, təcavüzkar siyasətini davam etdirir. Azərbaycana uçuşlar həyata keçirən şirkətlər, o cümlədən “Fly Dubai” belə məsələlərdə diqqətli olmalıdır. Həmin aviaşirkət Ermənistana uçuşlar həyata keçirsə belə, bu cür hal narazılıq doğura, vətəndaşların "Fly Dubai”dan imtina etməsinə səbəb ola bilər", - deyə o, qeyd edib. 

"Report" məsələ ilə bağlı "Fly Dubai” şirkəti ilə əlaqə saxlayıb. Aviadaşıyıcının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Houda Al Kaissi bildirib ki, “Fly Dubai”ın təyyarələrinin əyləncə sistemində 1 000 saatdan çox müxtəlif dillərdə kontent var və bu kontentlər bütün uçuşlar zamanı nümayiş edilir: "Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur". 

Xatırladaq ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1 milyondan artıq ölkə vətəndaşı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə məlumat yoxdur. 2 mindən çox azərbaycanlı isə ermənilər tərəfindən əsir götürülüb.


Ərəb şirkəti Bakı-Dubay reysində sərnişinləri erməni filmilə təxribata çəkir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020
    İmam Hüseynin mövlud günü mübarək olsun! - VİDEO
    Bu gün 3 şəban, üçüncü İmam Həzrəti Hüseynin (ə) mövlud günüdür
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ