EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:11.02.2017 14:05:36

"Mənəvi mövzuda olan tam və qısametrajlı ekran əsərləri izləyənlər tərəfindən yüksək qiymətləndirilir."

Son illər yerli film istehsalı sahəsində xeyli irəliləyişin olduğunu görürük. Lakin yeni çəkilən filmlər arasında komediya janrına daha çox yer verilir və bu, birmənalı qarşılanmır. Belə janrda ekran əsərlərinin ərsəyə gətirilməsini bəyənənlərlə yanaşı , əksinə, ciddi film görmək istədiyini bildirənlər də var. Komediya filmlərinə üstünlük verilməsi nədən qaynaqlanır? Belə ekran əsərlərinin ərsəyə gətirilməsini sözügedən janra olan təlabatla əlaqələndirənlər də var.

Rejissor Natiq Axund İslamazeri.az-a fikirlərini bildirərkən deyib ki, film izləyənlərin komediya janrlarına üstünlük verdiyini düşünmür: “Belə filmlərə baxılmasını, insanların üzərində olan gərginlik və stresslə əlaqələndirirəm. Fikrimcə, komediya vasitəsilə bunlardan azad olurlar. Komediya janrına müraciət edənlər kifayət qədər şou-biznes sahəsində olan şəxslərdir. Özlərinə müəyyən qədər əhatə toplaya biliblər. Əslində, bu işi o qədər də böyük uğur hesab etmirəm. Söz yox ki, komediya janrının özünəməxsusluğu var. Biz də bunun əleyhinə deyilik. Satirik mövzularda həqiqətin çatdırılmasının tərəfdarıyıq. Lakin düşünmürəm ki, insanların daha çox belə janra tələbatı var”.

N.Axund bildirir ki, insanların daha zəruri - mənəvi mövzulara ehtiyac var: “Artıq neçə ildir şou-biznesin baş alıb getdiyi bir zamanda, insanlarda mənəvi boşluq yaranıb və bu, göz önündədir. Mənəvi mövzuda olan tam və qısametrajlı ekran əsərləri izləyənlər tərəfindən yüksək qiymətləndirilir. Daim bu işlərin davamlı olmasını istəyirlər. Lakin sözügedən filmlərin davamlı olması üçün böyük vəsait lazımdır. Təəssüflər olsun ki, indiki zamanda belə ekran əsərlərinin ərsəyə gətirilməsi üçün maliyyə dəstəyi tapmaq çox çətindir. Hansı ki, işin 90 faizi bununla həll olunur. Komediya janrında film ərsəyə gətirilərkən çəkiliş heyəti və ya müəyyən qədər tamaşaçı kütləsi olan aktyorlar hansısa şirkətə müraciət edib sponsor tapa bilirlər. Yəni əksər sponsorlar mənəviyyat dolu ekran əsərlərini hazırlanıb ortaya çıxarılmasında maraqlı deyil. Şou-biznes, açıq-saçıqlıq və bu kimi mövzulara rahatlıqla maliyyə dəstəyi tapmaq olur”. 

Rejissor bir daha əminliklə vurğulayır ki, belə janrlara daha çox yer verilməsi cəmiyyətin buna olan ehtiyacından qaynaqlanmır. Natiq Axund rejissorluğu ilə mənəvi mövzuda hazırladıqları qısametrajlı filmlərə olan marağa əsasən bu fikirdədir: “Maliyyə dəstəyi olsaydı, əlbəttə, tammetrajlı film ərsəyə gətirərdik və kinoteatrlarda da nümayiş etdirərdik. Lakin sevindirici haldır ki, bugünkü imkanlar - sosial şəbəkələr vasitəsilə hazırlanan ekran işləri geniş kütlə tərəfindən izlənilir. Hazırladığımız qısametrajlı filmlərdən birinin alman dilində tərcümə olunması və Almaniyada nümayiş edilməsi üçün orada yaşayan türk qardaşlarımız bizə müraciət etmişdilər. Bu da mənəvi filmlərə olan ehtiyacı bir daha sübut edir”.


Rejissor Natiq Axund: "Komediyaya olan tələbat insanların gərginliyi ilə əlaqəlidir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Kərimlinin saxlanılması ilə bağlı RƏSMİ açıqlama yayıldı
    AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar
     18.11.2018
    ABŞ Suriyada daha 40 dinc sakini qətlə yetirdi
    ABŞ BMT və beynəlxalq aləmin sükutu və reaksiyasızlığı kölgəsində Suriyada mülki qətliamını davam etdirir.
     18.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ