EURO 1,8914 TRY 0,2499
USD 1,7 RUB 0,0247
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:11.04.2020 14:10:28

Anqarsk şəhərində yerləşən və aprelin 9-da məhkumların bir işçiyə hücum edərək iğtişaşlar törətdiyi cəzaçəkmə müəssisəsində yanğın baş verib.

Rusiyanın İrkutsk vilayəti, Anqarsk şəhərində yerləşən və aprelin 9-da məhkumların bir işçiyə hücum edərək iğtişaşlar törətdiyi cəzaçəkmə müəssisəsində yanğın baş verib.

Bu barədə “TASS”-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“İlkin məlumatlara görə, yanğın qəsdən törədilib. Müəssisənin binalarından biri yanğına məruz qalıb”, - deyə agentliyin mənbəyi bildirib. Onun sözlərinə görə, cümə günü gecə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub, bu müddətdə məhkumlar yanğın törədiblər. Yanğının söndürülməsi üçün işlər görülür.

Bildirilir ki, hazırda yanğın üç binanı əhatə edib. Orada ağac emalı sexlərinin yerləşdiyi deyilir. Ancaq yaşayış komalarına yanğın keçməyib. Yanğının təxminən 30 min kv/m sahəni əhatə etdiyi deyilir.

Hüquq müdafiəçisi Pavel Qluşçenko “TASS”-a bildirib ki, müəssisədə hazırda səngiyib. Bütün giriş yolları bağlanıb. Hüquq müdafiəçisi məhbuslar arasında ağır yaralıların olduğunu da bildirib.(apa)


Rusiyada həbsxanada "bunt" və yanğın - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ