Rusiyanın ikinci ən böyük bankı İranda nümayəndəliyini açır

Rusiyanın ikinci ən böyük bankı İranda nümayəndəliyini açır
Yayınlanma tarixi: 5/17/2023 1:11:11 PM

Rusiyanın ikinci ən böyük bankı İranda nümayəndəliyini açır.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinə bağlı Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əli Rıza Peymanpak öz Twitter hesabında Rusiyanın ikinci ən böyük bankı olan VTB Bankın İranda nümayəndəliyini açdığını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda birbaşa iştirak edən ilk Rusiya bankı olub.

Peymanpak mövzu ilə bağlı bu açıqlamaları verib:

"Ticarətin İnkişafı Təşkilatının davamlı səyləri nəticəsində Rusiyanın ikinci ən böyük bankı olan VTB Bank İranda nümayəndəliyini açıb.

Bu, İranda birbaşa iştirakı olan ilk Rusiya bankıdır və onun valyuta gəlirlərinin bir hissəsini trast şəbəkəsindən bank şəbəkəsinə və ticarətin şəffaflığına köçürməkdə mühüm rol oynayacaq".

Qeyd edək ki, ABŞ başda olmaqla Qərb dövlətlərinin sanksiyaları altında olan İran və Rusiya ticarət və maliyyə əməkdaşlıqlarını artıraraq dolları bank əməliyyatlarından və ikitərəfli ticarətdən tədricən çıxarmağa çalışırlar.

GÜNÜN MANŞETLERİ

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib
DÜNYA / SİYASƏT

Hindistan ABŞ-a ETİRAZ NOTASI verib

6/12/2026 5:34:01 PM
Azərbaycanda zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Azərbaycanda zəlzələ olub

6/12/2026 3:28:35 PM
Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib
DÜNYA / İSLAM DÜNYASI

Hizbullah Livandakı İsrail hədəflərinə zərbələr endirib

6/12/2026 2:11:24 PM
Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Mehr İran və ABŞ arasında anlaşma Memorandumunu yayımladı

6/12/2026 1:31:46 PM