1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.07.2019 00:20:12

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək...

Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İslamazeri.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-34, Bakıda gecə 23-25, gündüz 31-33 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 55-60 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 27-28-də Abşeron yarımadasında zəif şərq istiqamətli küləklərin üstünlüyü və havada rütubətin bir qədər çox olması gözlənilir ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər.


Sabaha olan hava proqnozu açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Ərəbistanı İrana uçuşları dayandırdı
    Səudiyyə Ərəbistanı İranda yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar vətəndaşlarına və ölkədə yaşayan əcnəbilərə xəbərdarlıq edib.
     22.02.2020
    İranın ABŞ bazasına hücumunda yaralanan hərbçilərin sayı 110 oldu
    İranın ABŞ-ın İraqdakı bazasına endirdiyi raket zərbələri nəticəsində kontuziya alan hərbçilərin sayı 110-a çatıb.
     22.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ