1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:30.08.2019 21:50:18

Ölkənin sabiq Baş prokuroru Əli Ömərov bir ilə yaxındır ki, pensiyasının artırılması üçün məhkəmələrdə çəkişir.

Ölkənin sabiq Baş prokuroru Əli Ömərov bir ilə yaxındır ki, pensiyasının artırılması üçün məhkəmələrdə çəkişir.

Bu ilin əvvəlində bu məsələyə baxıb, Ə.Ömərovun əleyhinə qərar vermiş Bakı Apellyasiya Məhkəməsi sentyabrın 3-də yenidən bu işi araşdıracaq. Çünki Ali Məhkəmə onun çıxardığı qərarı ləğv edib, işi yenidən araşdırmaq üçün apellyasiya instansiyasına qaytarıb.

Bizimyol.info xəbər verir ki, Ə.Ömərov pensiyasının yenidən hesablanmasını istəyir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsini məhkəməyə verib. İddia ərizəsində də məhkəmədən xahişi bu olub ki, qarşı tərəfin üzərinə onun pensiyasını yenidən hesablayıb, indiyədək arada olan məbləğ fərqini ödəmək öhdəliyi qoyulsun.

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi onun iddiasını təmin edib. Qarşı tərəf qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. Bu ilin fevralında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Bu dəfə qərardan Ə.Ömərov narazı qalıb və Ali Məhkəməyə üz tutub. İyun ayında Ali Məhkəmə sabiq Baş prokurorun kassasiya şikayətinə baxaraq təmin edib - apellyasiya məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.


Sabiq Baş prokuror Əli Ömərovun işinə məhkəmədə baxılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bazar gününə olan statistika: Koronavirusdan sağalanların sayı 90 faizi keçdi
    Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.
     09.08.2020
    Gürcüstanda Qədir Xum bayramı keçirildi - FOTO
    Gürcüstanda İmamət və Vilayət bayramı olan Qədir Xum bayramı münasibətilə bayram keçirilib
     09.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ