EURO 1,8766 TRY 0,299
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.08.2019 12:14:05

İran İslam Respublikasının Londondakı səfiri İran neftini daşıyan tankerin Cəbəuttariqdən beynəlxalq sulara doğru hərəkət etdiyini təsdiq edib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikasının Londondakı səfiri İran neftini daşıyan tankerin Cəbəuttariqdən beynəlxalq sulara doğru hərəkət etdiyini təsdiq edib.

Həmid Bəidinejad bu gün səhərçağı bir twitt-də Cəbəlüttariqdəki İran neftini daşıyan tankerin hərəkətindən xəbər verərək deyib: "Nəhayət 45 gün Cəbəlüttariq sularında müsadirədən sonra bu tanker beynəlxalq sulara doğru hərəkətə başlayıb. Beynəlxalq və regional ümumi fikrin, həmçinin siyasətçilərin böyük diqqəti bu bir neçə gündə atılmış addımların mühüm siyasi, beynəlxalq və hüquqi nəticələrini göstərir."

İran bayrağı və "Adrian Dərya" adı altında İran neftini daşıyan "Qris 1" tankeri Avropa Birliyinin Suriyaya qarşı sanksiyalarının pozulması bəhanəsilə iyulun dördündə Cəbəlüttariq boğazında İngiltərənin dəniz qüvvələri tərəfindən müsadirə olunmuşdu.


ABŞ-ın Ədliyyə İdarəsi daha sonra sözügedən gəmini terrorçu qrup kimi tanınan İran İslam İnqilabı Keşikçiləri ilə əlaqədə ittiham edərək saxlanmasını tələb edib.  Cəbəllütariq bazar günü açıqlamasında bildirib ki, bu istəyi yerinə yetirə bilməyəcək, çünki İnqilab Keşikçiləri Korpusu Britaniya ərazisinin də daxil olduğu Avropa İttifaqı ərazisində terroçu qrup kimi tanınmayıb.

Həmçinin bəyanatda deyilir ki, ABŞ-ın İran üzərində neft ixracına qoyulan sanksiyaları Avropa İttifaqı tərəfindən dəstəklənə bilməz, çünki "ABŞ və AB-də çox fərqli mövqelər və qanuni rejimlər" mövcuddur.

Hələlik Vaşinqton buna cavab verməyib.

İranın Böyük Britaniyadakı səfiri Hamid Baeidinejad bazar günü öz Twitter hesabından bildirib ki, iki mühəndis qrupu Cəbəllütariqə göndərilib.


Saxlanılan İran tankeri hərəkət etdi - səfir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan gələn ay Azərbaycana səfərə gəlir
    Oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək
     19.09.2019
    Ermənistanda istefaya göndəriləcək nazirlərin adları açıqlandı
    Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək.
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ