EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:05.03.2019 10:13:34

Şəhidlikdən dəm vuran İŞİD terrorçuları ölməyi yox, əsirliyi seçərək dedikləri şüarların boş bir şüardan ibarət olduğunu isbat etdilər

- İllər öncə mücahidlik və şəhidlikdən dəm vuran vəhabilər İŞİD terrorçularını örnək göstərərdilər. Hətta KİV onları "mücahid", "Suriya müxalifəti" və ya "Əsədə qarşı üsyançı" kimi qələmə verirdi (red: Hətta ölkəmizdə bir çox KİV işidlilər üçün mücahid kəlməsindən istifadə edirdi). Zaman keçdikcə, onların qaniçən terrorçu olmaları öz paylaşdıqları videolarla dünya xalqlarına sübut olmağa başladı.

Əlbəttə əsl İslamdan uzaq düşmüşlər, bu qaniçənliyi və terror aktlarını "mücahidlik" hesab etməyə davam edirdilər. Mücahidlik və şəhidlikdən dəm vuran vəhabilər xüsusilə İŞİD terrorçularını örnək göstərərdilər (red: Əhraruş Şam, Ən-Nusra kimi terror qruplaşmaları İŞİD-dən sadəcə bağlı olduqları yer fərqi var).

Lakin illər keçdikcə İŞİD terrorçularının qadın paltarında qaçmaları, ağlayaraq yalvarma videoları bu təbliğatları alt-üst etdi. Bu gün təqdim edəcəyimiz xəbər isə, bir-iki gün öncəyə aiddir.

İslamazeri.com Suriya mediasına istinadən xəbər verir ki, London mərkəzli Suriya İnsan Haqları adlı Bəşər Əsədə müxalif təşkilat, ABŞ dəstəkli "Suriya Demokratik Gücləri"nin İraq Suriya sərhəddində İŞİD-in son qalalarından biri hesab edilən Əl-Baquz bölgəsində keçirdikləriəməliyyatlar zamanı 150 İŞİD terrorçusu, həmişə dəm vurduqları şəhidliyi yox, əsir düşməyi seçiblər. Onlar döyüşdən imtina edərək, könüllü surətdə təslim olaraq əsir düşüblər.

Qadın, uşaq və qocaları xilas etmək üçün keçirilən əməliyyatlar müvəqqəti dayandırıldığı qeyd edilir. 


Şəhidlikdən dəm vuran İŞİD terrorçuları əsirliyi seçdilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Range Rover”lə qəza törətməkdə təqsirləndirilən polisə bəraət verildi
    Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     25.06.2019
    Türkiyədə 80-ə yaxın miqrant saxlanıldı
    Türkiyənin qərbindəki İzmir vilayətində 79 qeyri-leqal miqrant saxlanılıb.
     25.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ