1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:15.07.2019 21:37:25

Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.

Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.

Oxu.Az xəbər verir ki, ötən gün sarayın həyətindəki çinarın budağının qırılması nəticəsində ağır xəsarət alan və xəstəxanaya çatdırılan Xatirə Ağamalıyevanın həyatını xilas etmək mümkün olmayıb.

Sağ baldır sümüyünün çox qəlpəli sınığı diaqnozu qoyulmuş X.Ağamalıyeva travmatik şok vəziyyətində olub.

Həkimlərin səylərinə baxmayaraq, o, Şəki Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xan çinarının budağının son günlər ölkə ərazisində müşahidə olunan güclü küləyə dözməyərək qırıldığı ehtimal edilir.


Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ