EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:14.11.2017 14:05:36

Misirdə Ərəb Dövlətləri Liqasının təcili iclası keçiriləcək.

İslamazeri.com xəbər verir ki, Ərəb Dövlətləri Liqası (ƏDL) növbədən kənar iclasın keçirilməsi haqda elan edib. Bildirilir ki, o, Səudiyyə Ərəbistanının tələbi ilə noyabr ayının 19-u Misirin paytaxtı Qahirə şəhərindəki mənzil-qərargahında baş tutacaq.

“France-Presse” öz mənbələrinə istinadən yazır ki, təcili iclasın təşkil edilməsinin səbəbi “İranın Yaxın Şərq qonşuları ilə münasibətlərdə yol verdiyi çoxsaylı pozuntulardır”.

Xatırladaq ki, ƏDL-in növbədən kənar iclası İran və Səudiyyə Ərəbistanı arasındakı böhranın gərginləşməsi fonunda keçiriləcək.

Rəsmi Ər-Riyad iclasın çağırılmasını Yəmənin “Ənsarullah” hərəkatının Səudiyyə Ərəbistanı paytaxtı istiqamətində raket atmasından sonra tələb edir. Krallıq rəhbərliyi bunu “İranın Səudiyyə Ərəbistanına qarşı hərbi aqressiyası kimi” dəyərləndirib.


Səudiyyə ərəb dövlətlərini təcili surətdə toplayır: Səbəb İrandır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ