EURO 1,915 TRY 0,2483
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:09.03.2020 10:54:06

Səudiyyə Ərəbistanının kral ailəsinin iki üzvü - Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Məhəmməd bin Naif Əl Saud və kralın kiçik qardaşı Əhməd bin Əbdüləziz Əl Saudun həbsinin səbəbləri bəli olub.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Associated Press agentliyi yazıb.

Məlumata görə, onlar vəliəhd şahzadə Məhəmməd bin Salma Əl Saudun ölkədə bütün hakimiyyət rıçaqlarına nəzarətin birləşdirilməsi səyini dəstəkləməyə etiraz etdikləri üçün tutulublar.

İşin detalları barədə məlumatı olan mənbə qeyd edib ki, hakim sülalənin üzvlərinin həbsi barədə qərar onların Səudiyyə Ərəbistanı rəhbərliyinə qarşı provokasiya addımları atması səbəbindən qəbul edilib. Mənbə eyni zamanda bu qərarı gözlənilməz adlandırıb. Çünki Məhəmməd bin Naif Əl Saud 2017-ci ildə vəliəhd şahzadə statusunu itirdikdən sonra ciddi nəzarət altında olub. 77 yaşlı Əhməd bin Əbdüləziz Əl Saud isə kralın kiçik qardaşıdır və krallığın yüksək vəzifəli nümayndəsi sayılır.

Adı çəkilməyən digər iki mənbə onların həbsini krallıq rəhbərliyinin çevriliş cəhdinin qarşısını almaq cəhdi kimi dəyərləndirməkdən imtina edib. Onlardan birinin sözünə görə, bu addım başqalarına dərs vermək cəhdidir. Bununla da kral ailəsinin bütün üzvlərinə mesaj ötürülərək, “heç kimin toxunulmaz olmadığı və deyinməyi dayandırmağın lazım olduğu” bildirilir. Mənbə qeyd edib ki, 34 yaşlı vəliəhd şahzadə Məhəmməd bin Salma Əl Saudun təsirindən narazı olan bütün səudiyyəlilər Əhməd bin Əbdüləziz Əl Sauda ümid edirmişlər.   

Associated Press qeyd edir ki, vəliəhd şahzadənin hakimiyyətə nəzarətin birləşdirilməsi cəhdlərini kral Salman şəxsən dəstəkləyir.

Qeyd edək ki, kral ailəsinin iki üzvünün, eləcə də Məhəmməd bin Naifin ögey qardaşı, şahzadə Nəvaf ibn Naifin həbsi barədə məlumat martın 7-də yayılıb. Ölkə hökuməti bu informasiyanı rəsmi olaraq şərh etməyib.


Səudiyyədə taxt döyüşləri...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ-ın vurduğu təyyarənin 290 iranlı qurbanı yad edildi
    Bu gün isə bu acı hadisənin ildönümü münasibəti ilə körfəzdə hücumun baş verdiyi yerə göydən çiçəklər atılıb.
     02.07.2020
     Ayətullah Şəhristanini hədisdə deyildiyi kimi olan şəxsiyyətlərdən bilirik
    Bu sözləri Gürcüstanın tanınmış ilahiyyatçı alimi Hacı Əziz Nəbiyev deyib
     02.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ