1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:08.08.2020 14:52:52

“Hizbullah”-ın partlayış baş vermiş Beyrut limanında silah saxlaması xəbərləri həqiqətə uyğun deyil, bu cür şayiələr faciəni siyasiləşdirmək üçün ortaya atılır.

İslamazeri.com "Al Manar"a istinadən xəbər verir ki, bunu hərəkatın lideri Həsən Nəsrullah bildirib.

“Biz Beyrutda hər hansısa bir maddəmizin və ya raketlərimizin olmasını qəti şəkildə təkzib edirik. Baş verənlər (KİV-lərdəki xəbərlər) iftiradır”, - deyə o qeyd edib.

O deyib ki, partlayışdan sonra bir sıra KİV-lər, hətta real səbəblər haqda ilkin məlumatları olmadan belə, “Hizbullah”-ın əlinin olduğunu yazdı.

“Biz limana nəzarət etməyimizə dair bəyanatarı təkzib edirik. Biz, daha çox Hayfa limanında olanları bilirik, Beyrut limanında olanları yox”, - deyə Nəsrullah əlavə edib.

Bundan başqa, o, limanda baş verənlər haqda Livan cəmiyyəti daxilində böyük gərginliyə səbəb ola biləcək yalan təsəvvür yaratmaq istəyən hər kəsin məsuliyyətə cəlb edilməsinə dair çağırış da edib.

“Vəziyyətdən siyasi istifadə cəhdləri var. Biz inanırıq ki, indiki zaman  siyasi və partiya münasibətlərinin aydınlaşdırılması üçün uyğun zaman deyil”.

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda yerləşən limanda böyük dağıntılara səbəb olmuş güclü partlayış baş verib. Hadisə nəticəsində 154 insan həyatını itirib, 5 minə yaxın insan isə xəsarət alıb.


Seyid Nəsrullah Livan partlayışından danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bəzi saytların yaydığı
    Dövlət Təhlükəsizliyi Xidmətinə ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.
     19.09.2020
    İrandan ABŞ-a: Biz qadınlardan qisas almırıq
    İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Hüseyn Səlami açıqlama verib
     19.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ