EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.07.2017 17:43:45

Mətbuat konfransının sonunda müraciət qəbul olunub.

Bu gün Şeyx Sərdar Hacıhəsənlinin hüquqlarını müdafiə edən vəkillərin mətbuat konfransı keçirilib. 

Konfransda vəkillər Cavad Cavadov, Yalçın İmanov, Osman Kazımov və Nemət Kərimli iştirak edib. Konfransda həmçinin ölkənin tanınmış hüquq müdafiçiləri, ruhanilər, ziyalılar və ağsaqqallar iştirak edib.

Mətbuat konfransının sonunda müraciət qəbul olunub. 

İslamazeri.com Maide.Az-a istinadən müraciətin mətnini təqdim edir: 

 

"Aidiyyyatı dövlət qurumlarına müraciət"

Masallı rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarxili hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş Babayev Sərdar Akif oğlunun müdafiəçiləri tərəfindən

Müraciət

Hacı Sərdar Babayev Masallı rayon Polis şöbəsi tərəfindən 22 fevral 2017-ci il tarxidə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168.1.1.3 maddəsi ilə elan olunmuş yekun ittihama əsasən: O İran İslam Respublikasında təhsil alasına baxmayaraq 04.11.2016-cı il tarixdə 13 radələrində , 18.11.2016-cı il tarxidə saat 13:00-da, 09.12.2016-cı ildə saat 12:47 radələrində Masallı şəhər Məscidinin həyətində yas mərasiminləri üçün nəzərdə tutulmuş tikilidə, heç bir rəsmi razılıq olmadan xütbə oxumuş və cümə namazına rəhbərlik etmişdir. 

Həmin ittihamla o, Masallı rayon məhkəməsinin 03 iyul 2017-ci il tarxili hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdir. 

Müdafiəçilər olaraq dövlət qurumlarının diqqətini bir daha Sərdar Babayevin məhkum edildiyi Cinayət Məcəlləsinin göstərilən maddəsinin Aərbaycan Respublikası Konistitusiyasının 48-ci maddəsinə ( I. Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları il əbirlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.), İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasının 9-cu maddəsinə (1. Hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. 2. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadliqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər). açıq-aşkar zidd olduğunu bildiririk. 

Qanunverici orqan tərəfindən Cinayət Məcəlləsinə 168.1.1 maddəsi qəbul olunmasa da, xaricdə dini təhsil almış şəxs tərəfindən məhz İslam dini ayininə rəhbərlik etməyin ictimai təhlükəsizliliyi əsaslandırılmamışdır.

Bundan əlavə Cinayət Məcəlləsinin göstərilən maddəsi cinayət qanunun zamana görə qüvvəsi baxımından, təhsil anlayışı baxımından (Sərdar Babayevin Azərbaycan Respublikasının sovet dönəmindən molla təhsili almışdır), dini ayinin nədən ibarət olması baxımından konkretləşdirilmişdir.

Eyni zamanda bu madda "Dini etiqad azadlığı haqqında" Qanunun 21-ci maddəsinə edilmiş dəyişikliklərdən bir müddət sonra olaraq qəbul olunmuşdur və 21-ci maddə bir ay öncə həmin maddə dəyişdirilməsinə baxmayaraq Cinayət Məcəlləsinin bu normasında dəyişiklik edilməmişdir.
Azərbaycan Respublikası konstitusiyasının 149-cu maddəsinin 1-ci bəndinə əsasən Normativ hüquqi aktlar hüququ və haqq-ədalətə (bərabər mənafelərə bərabər mmünasibətə) əsaslanmalıdır.

Həmin iş Avropa İnsan Hüquqları Məhkəməsinə artıq göndərilmişdir.

Lakin işin beynəlxalq məhkəmədə baxılmadan belə bu pozuntuların daxili mexanizmləri vasitəsi ilə həll edilməsinin tərəfdarıyıq.
Eyni zamanda dövlət qurumlarının diqqətini ona çatdırmaq istəyrik ki, şəxsin İslam dininə aid ayinin yerinə yetiirlməsinə görə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi, konkret halda isə Sərdar Babayevə üç il azadlıqdan məhrum edilmə cəzasının təyin edilməsi heç cürə anlaşılan deyil və yuxarıda sadalanan Əsas Qanunun, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxaql Müqavilələrə zidd olmaqla yanaşı ümumbəşər prinsiplərinə, sağlam əqlə tamamilə ziddir.
Biz Cinayət Məcəlləsinin göstərilən normasını qanundan çıxarılmasını və Sərdar Babayevin həbsdən azad edilməsinə çağrırıq.


Şeyx Sərdarın vəkilləri mətbuat konfransı keçirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017
    Katolik dünyası parçalanır? - Bir dəstə xristian Papanı mürdət elan etdi
    Roma Papası baxışlarına görə tənqid edilib.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ